"Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirov barəsində sensasion məlumat əldə etmişik.

 

Verilən xəbərdə iddia olunur ki, şirkət rəhbəri sabiq Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova keçən ilin yayında 1 milyon manat verib. Buna səbəb Lerik rayonuna icra hakimi getməsinə eks-nazirin vasitəçilik etməsi və onun haqqında yuxarılara məruzə etməsi olub.

 

Keçən ilin sonuna bu məsələ öz həllini tapmalıydı. Lakin keçən ilin 17 oktyabrında Eldar Mahmudovun işdən çıxarılması nəticəsində bu plan alt-üst olub. Elxan Bəşirov batan 1 milyonuna görə isə səsini çıxarmayıb və başının sədəqəsi sayaraq MTN bəlasından canını qurtarmasına şükür edib.

 

Məlumatda bildirilir ki, artıq iş soyuyub və MTN məhkəmələri yekunlaşmaq üzrədir. Ona görə E.Bəşirov yenidən fəallaşıb və icra başçısı olmaq üçün çırmanıb. Bu məqsədlə rayon sakinlərini icra başçısı Rövşən Bağırova qarşı qaldırır. Hər ay Elxan Bəşirovun adamları tərəfindən minlərlə şikayət məktubu prezidentə göndərilir.

 

Elxan Bəşirov qohumlarına 2017-ci ili icra başçısı kimi qarşılayacağını və onları işlə təmin edəcəyini vəd edir. Sual olunur ki, Elxan Bəşirov bu qədər var dövləti necə əldə edib.

 

Politika.Az-ı bilgiləndirən qaynaq iddia edir ki, Elxan Bəşirov Texniki Universitetin prorektoru olan əmisi Bəşir Bəşirovun oğlu, Rəsul Quliyevin ən yaxın dostu Mərhəmət Bəşirovun yanında mühasib kimi işə başlayıb.

 

Rəsul Quliyev işdən çıxarıldıqdan sonra Mərhəmət Bəşirovun biznesi əlindən alındıqda Elxan Bəşirov əmisi oğluna yalan danışıb, təxminən iki milyon ABŞ dolları çivarında vəsait oğrayıb saxlayıb.

 

Sonra Elxan Bəşirov bu vəsaiti Lerikin sabiq İcra Hakimi Babəli Ağayevlə birlikdə biznesə qoyub. Bəşirovun adına Zərinqala MMC açılır, qalan vəsaitlə isə Rusiyadan taxta vurub İrana, İrandan isə şüşə vurub Azərbaycan bazarlarına çıxarılır.

 

Elxan Bəşirov hər şey onun adına olduğuna görə Babəli Ağayevə atıb sonra 2000-ci ilədək həmin pulla Bakı-Sumqayıt şosesinin 13,5-ci km-də yer götürüb Mətanət-A şirkətinin balaca bir kafel-metlax yapışdırıcısı sexini tikib.

 

Bundan sonra Babəli Ağayev Elxan Bəşirovu dəfələrlə məhkəmələrə versə də əlində heç bir sübut olmadığına görə uduzur. 2001-ci ildə Fərhad Əliyev İqtisadi İnkişaf naziri olandan sonra Elxan Bəşirovun işi daha rahat olur.

 

Bu dəfə Fərhad Əliyevin qardaşı Rafiq Əliyev Elxan Bəşirovun xalasıoğlu Telman Qasımovla ən yaxın dost və tələbə yoldaşı olduqlarına görə hər bir dəstək göstərir. Dövlət hesabına ona güzəştli kreditlər ayrılır.

 

Bundan başqa İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin dövründə Sahibkarlığın inkişafı departamentinin direktoru Əlihüseyin Şaliyev Elxan Bəşirovla şərik olaraq bütün məsələlərdə Elxan Bəşirova yaxından dəstək olaraq, hətta onu Sahibkarlar Şurasına üzv edir.

 

2005-ci ildə Fərhad Əliyevin həbsindən, Əlihüseyn Şaliyevinsə intiharından sonra Mətanət-A şirkəti tam olaraq Elxan Bəşirova qalıb. Hətta Fərhad Əliyev və Əlihüseyin Şaliyevin həbsindən sonra onlara qarşı prokurorluq orqanlarında ifadə də verib. Bununla da Elxan Bəşirov o dövrdə artıq gips əsaslı zavod olan Avanqard-N-in əsasını qoyur və həmin zavodu işə salandan sonra daha çox qazanmağa başlayır.

 

Artıq neçə ildir ki, Elxan Bəşirov ikili mühasibat saxlayaraq vergi orqanlarını aldadaraq onlardan milyonlarla vəsaiti gizlətməyə nail olub. Elxan Bəşirov aldatmağa necə vərdiş edibsə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi belə milyonların önündə aldatdı. Belə ki, 30.01.2016-cı il tarixində cənab Prezidenti yeni Ağ Dağ zavodunun açılışında işçilərinə altı yüz manat verdiyini və mövsümü olaraq beş yüz işsizi işlə təmin etməsini bildirdi.

 

Bundan sonra əslində zavodda korrupsiyaya qarşı mübarizə idarəsi, prokurorluq və vergilər nazirliyi yoxlamalara başlamalı, cənab Prezidentə yalan danışdığı üçün Elxan Bəşirova cinayət işi açılmalı idi. Çünki düşünürdüm Vergilər Nazirliyi, baş prokurorluq, korrupsiyaya qarşı mübarizə idarəsi açıb baxar görüm Elxan Bəşirov vergini hər işçiyə görə altı yüz manata uyğunmu ödəyir, Əmək və Əhalinin Müdafiyəsi Nazirliyi açıb baxar görüm Elxan Bəşirov bu günə kimi beş yüz işçiyə görə ödəmə edibmi, Prezidentin təhlükəsizlik xidməti yoxlayıbmı açılış vaxtı orda olan işçilərin hamısı "Ağdağ”da işləyir ya yox. Mətanət A-nın Ağdağ zavodunda işləyən yerli fəhlələr o qədər narazıdırlar ki, həmin açılışa onları dəvət etməyə qorxan rəhbərlik prezidentin qarşısına öz yaxın adamlarını çıxartmaqla hamını aldadıb.

 

Mətanət A şirkətində baş verən özbaşınalıqlar, Elxan Bəşirovun korrupsiya əməlləri barədə mətuatda dəfələrlə yazılar yazılsa da görəsən prokuror orqanları həmin yazıları araşdırdımı. Araşdırsaydılar onda Elxan Bəşirovun bir qarın yeməyə görə yüzlərlə çinlini, Suriyadan, İraqdan gətirilmə kürdləri istismar etdiyini, şirkətdəki qara mühasibatlığı, işçilərin işdən çıxarilanda depozitlərinin verilməməsilə yanaşı onlardan zorla şirkətin onlara heç bir borcu olmaması əksinə onların şirkətə borcu olması barədə yazılı kağız almasının, eyni tərkibli məhsulun müxtəlif adlarda buraxılaraq alıcıların aldadılmasının şahidi olardılar. Yəni marka siyasəti, bir məhsulu reklam edir daha baha satır digərinin adını dəyişir ucuz satır. Əslində isə hər iki məhsulun adları müxtəlif olsa da, içləri eynidir. Buna misal Ağdağ, Akdəniz, Şpak-f məhsullarını göstərmək olar.///politika.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300