Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat departamentindən "Basta”ya verilən məlumatda bildirilir ki, Divan üzvləri toplantının əvvəlində Xəzər dənizində həlak olan neftçilərin və Türkiyənin Kayseri şəhərində PKK-nın törətdiyi terror nəticəsində həyatını itirən şəhidlərin xatirəsini br dəqiqəlik  sükutla yad ediblər.

Gündəliyin görülən işlər və qərarların icrası  bölümündə Balakən rayon təşkilatında keçirilmiş hesabat-seçki yığıncağı və Müsavatçı Qadınlar Birliyinin illik hesabatı haqqında məlumat verilib.

Gündəliyin ictimai-siyasi vəziyyət bölümündə Müsavat AKM təşkilatının Almaniyanın Münster şəhərində siyasi məhbuslara azadlıq tələbi ilə keçirdiyi etiraz aksiyası haqqında fikir mübadiləsi aparılıb və yüksək dəyərləndirilərək aksiyanın təşkilatçılarına təşəkkür elan edilib.

Divan üzvü Tofiq Yaqublu Bolqarıstanın paytaxtı Sofiya şəhərində iştirak etdiyi ALDE-nin tədbiri haqqında Divan üzvlərini məlumatlandırıb.

Divan Avropa Stabillik Təşəbbüsü Təşkilatının apardığı araşdırmalar nəticəsində "kürü diplomatiyası”nda adı keçən, AŞ PA-nın Xalq Partiyası Qrupunun sədri italiyalı deputat Luka Volentyenin etirafları  haqqında  müzakirə aparıb. Məlum olub ki, həmin deputat Azərbaycan hakimiyyətindən iri məbləğdə rüşvət alaraq, AŞ PA-da Azərbaycandakı siyasi məhbuslar məsələsini blok etmək üçün lobbiçilik fəaliyyəti ilə məşğul olub. Müsavat Partiyası bu məsələ ilə bağlı Azərbaycan hakimiyyətindən izahat və ölkənin hüquq-mühafizə orqanlarından bu məsələni dərhal  araşdırmağı tələb edir.

İranda həbsdə olan siyasi fəal soydaşımız Murtaza Muradpurun saxlanıldığı həbsxanada 55 günlük ölüm aclığı nəticəsində komaya düşməsi haqda məlumat dinlənilib və Müsavat Partiyasdı adından İran İslam Respublikası hakimiyyətindən soydaşımıza qarşı insani davranış və ədalətli məhkəmə tələb edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300