2016-cı ildə dünyada 70-dən çox jurnalist həlak olub.

 

APA-nın xəbərinə görə, bu barədə məlumatı "RİA Novosti” "Sərhədsiz reportyorlar” beynəlxalq hüquq-müdafiə təşkilatının illik hesabatına istinadən yayıb.  

 

2016-cı ildə 74 jurnalist öz peşə fəaliyyətini yerinə yetirərkən ölüb ya da öldürülüb. Halbuki ötən il öldürülən jurnalistlərin sayı 101 olub. 

 

Öldürülənlər arasında 57 peşəkar jurnalist, 9 bloger və KİV-lə əməkdaşlıq edən 8 nəfər var. Öldürülən 53 jurnalist məşğul olduqları peşəyə görə bilərəkdən qətlə yetirilib, digər 21 nəfər isə gördüyü işə görə hədəf olmamağına baxmayaraq, peşə fəaliyyətini yerinə yetirərkən həyatını itirib. Məlum olub ki, Suriyada 19, Əfqanıstanda 9, Meksikada 8, İraqda 7, Yəməndə isə 5 jurnalist həlak olub.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300