Elxan Süleymanov və Müslüm Məmmədov Avropada məsuliyyətə cəlb edilə bilər

Avropa Sabitlik Təşəbbüsü təşkilatı (AST) "Kürü diplomatıyası” adlı araşdırmasının ikinci hissəsini açıqlayıb. İkinci hesabat "Avropa bataqlığı” adlanır.

Bu araşdırmada Azərbaycan hakimiyyətinin Avropa Parlamenti deputatlarını satın almaq üçün yaratdığı korrupsiya sxemi ifşa olunub. Araşdırmada Avropanın onlarla tanınmış siyasıt adamlarının adı keçir.

Bildirilir ki, rəsmi Bakının maraqlarının ən fəal lobiçilirindən biri, AŞ PA-nın İtaliyadan olan deputatı Luka Volonte öz ölkəsində buna görə cinayət məsuliyyətinə cəlb edilib.

İstintaqla əməkdaşlığa razılıq verən Volonte Azərbaycandan rüşvət almış bir sıra avropalı siyasətçilərinin adlarını çəkib. Onların arasında AŞ PA-nın indiki sədri Pedro Aqramuntun da adı var.Volonte özü, Azərbaycan hakimiyyətinə xidmət müqabilində 3 milyon avro aldığını etiraf edib. O, bu pulların bir qismini digər deputatlara ötürüb.

20 səhifəlik hesabatda bu çirkin əməliyyata cəlb olunmuş Azərbaycan deputatlarının da adları çəkilir. Onların arasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Elxan Süleymanov və Müslüm Məmmədovun adları var. Hesabatda azərbaycanlı deputatların Avropada məsuliyyətə cəlb oluna biləcəyi qeyd edilir.

Dindirmə zamanı Volonte deputatların satın alınmasına verilən pulların siyahısının açıqlayıb:

17 dekabr  2012-ci il – 100,000 avro,

27 dekabr  –  220,000 avro,

19 mart 2013-cü il – 180,000 avro,

10 iyuldan 31 dekabradək –  630,000 avro,

2014-cü il – 1,260,000 avro.

Rüşvətin ümumi məbləği  2,390,000 avro təşkil edib.

Bu pullar İtaliya və Avropanın digər deputatlarının Azərbaycanda insan haqlarının pozulması ilə əlaqədar AŞ PA qətnamə layihələrinin əleyhinə səs vermələri üçün xərclənilib.

Bu pulların sayəsində konkret olaraq Ştrasserin Azərbaycanda siyasi məhbuslara dair hesabatının qəbulu əngəllənib.

Qeyd edək ki, "Kürü diplomatiyası” adlı birinci hesabat 3 il əvvəl yayıldıqdan sonra, Azərbaycan hakimiyyəti bu ittihamları qəti olaraq inkar edirdi.

Mustafa Hacıbəyli, bastainfo

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300