"The İndependent” yazır ki, sosial mediadan necə istifadə etməyiniz sizin barənizdə çox şeyləri deyə bilər.

Həm də bunu qəzet yox, son zamanlar aparılmış bir sıra elmi-tədqiqat araşdırmaları deyir.

Qəzet sadəcə olaraq alimlərin gəldiyi nəticələrdən beşini misal gətirib.

Məsələn sosial mediada ən çox paylaşan ər-arvadın xoşbəxt cüt olmadığını söyləmək olar.

Qəzet yazır ki, bunları oxuyun, bəlkə telefonunuzu bir qədər dinc buraxa bildiniz:

1. Həddən artıq post edənlərin psixopat olması ehtimalı böyükdür

Ötən il 800 kişi arasında aparılmış araşdırma göstərib ki, sosial mediaya çox sayda selfie yükləmək və bu şəkilləri dəfələrlə fotoşop etmək narsissizim (özünəməftunluq) və psixopatiya əlaməti sayıla bilər.

2. … və özünəvurğunluq

410 nəfərlə aparılmış təhlil göstərib ki, Facebook-da çox sayda post və tag etmək, habelə komment yazmaq istər kişilər, istərsə də qadınlar üçün narsissizm və ya özünəməftunluq əlamətidir.

Qadınların tez-tez status dəyişdirməsi də bu xəstəliyin əlaməti hesab oluna bilər.

3. Facebook-dan aralı duranlar daha xoşbəxtdirlər

Xoşbəxt cütləri xoşbəxt fərdlər yaradır və bu işdə onlara Facebook daha az lazım olur, deyilir araşdırmalardan birində.

Danimarkada keçirilmiş bir araşdırmadan bəlli olub ki, bircə həftə Facebook-dan aralı duranlar, özlərini belə fasilə verməyənlərdən daha xoşbəxt hiss edirlər.

Başqa bir araşdırma isə göstərib ki, Facebook-dan aşırı istifadə psixoloji durumun yaxşı olmadığının əlamətidir.

Alimlər bunu onunla əlaqələndirirlər ki, adamların özlərini başqaları ilə müqayisə etməsi onların psixologiyalarına mənfi təsir göstərir.

4. Çox post edən cütlər özlərini müdafiəsiz hiss edənlərdir

Northwestern Universitetində aparılmış bir araşdırma göstərib ki, öz münasibətləri barədə daha çox post edən cütlər öz münasibətlərindən əminliyi olmayanlardır.

5. Daha çox post edənlər xoşbəxtlik üçün öz münasibətlərindən asılı olan adamlardır

Albright Kollecinin apardığı rəy sorğusundan məlum olub ki, özünəinam üçün "kollektiv rəydən” asılı olanlar adətən sosial mediada "yayğın və səliqəli postlar” edirlər.

"Bizdən deməkdir, – yazır qəzet, – Bəlkə də şəbəkədən çıxıb və sevdiyinizin əlinən tutub romantik gəzintiyə çıxmaq vaxtıdır”.

Heç dayan bilmirsinizsə, selfie-nizi yox, gözəl bir təbiət mənzərəsini çəkib Instagrama qoyun.

(bbc azəri)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300