Müsavatın Divan üzvü Nemət Kərimli AXCP sədrinin müavini Fuad Qəhrəmanlının vəkilidir. Təşkilatlar arasında münasibətlər nə qədər soyuq olsa da, bu, Nemət Kərimlinin "Nardaran işi” üzrə müdafiə etdiyi digər beş nəfərlə yanaşı, Fuad Qəhrəmanlının da hüquqlarını müdafiə etməsinə əngəl yaratmayıb.

Nemət Kərimlinin bu seçimi Müsavat Partiyasının rəhbərliyi tərəfindən də təqdir olunub. Partiya başqanı Arif Hacılı Müsavatın "Nardaran işi” üzrə təqsirləndirilən şəxsləri müdafiə etdiyini bildirib və deyib ki, "həm vəkillərimiz vasitəsilə, həm də özümüz onların azadlığa çıxması üçün mübarizə aparırıq”.

Amma görünür, qarşı tərəfin münasibəti adekvat deyil. Azadlıq.info saytı vəkil Nemət Kərimliyə senzura tətbiq edib. Nemət Kərimlinin Fuad Qəhrəmanlını müdafiə etməsi də sayt rəhbərliyini bu davranışdan daşındırmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi” üzrə 18 nəfərin, o cümlədən Fuad Qəhrəmanlını məhkəməsi gedir. Təqsirləndirilən şəxslərin hər biri vəkillə təmin olunsa da, onların bir çoxu hakimiyyətin qəzəbinə tuş gəlməmək üçün prosesdə iştirak etmir, yaxud passivlik göstərirlər. Məhkəmədə ən fəal müdafiəçilər sırasında Yalçın İmanov və Nemət Kərimlinin adı çəkilir. Bu səbəbdən hər ikisi təzyiqlə üzləşib. Onların məhkəmənin sonunda Vəkillər Kollegiyasından uzaqlaşdırılacağı da istisna deyil.

Təqdim etdiyimiz fotolarda "Nardaran işi” üzrə dekabrın 16-da dərc edilən reportajların bir hissəsi əks olunub. "Azadlıq.org” saytında dərc edilən yazı "Azadlıq.info” saytında olduğu kimi dərc edilsə də, burada Nemət Kərimlinin adı çıxarılaraq, "başqa bir müdafiəçi” kimi təqdim olunub.

 

***

 

Vəkil Nemət Kərimli bunun yenilik olmadığını, amma belə bir məsələyə əhəmiyyət vermədiyini bildirdi: "Sağolsunlar ki, məni təyinatlı vəkil, yaxud başqa adla təqdim etməyiblər, sadəcə, "başqa bir müdafiəçi” yazıblar.

"Azərbaycan saatı” verilişində də belə hallar olub. Məhkəmədəki çıxışım haqqında ətraflı məlumat verilsə də, məni "başqa bir müdafiəçi” kimi təqdim ediblər. Buna görə  bir cəbhəçi dostum Qənimət Zahidə irad da bildirib və cavab alıb ki, sadəcə, adımı unudubmuş. Bir dəfə hətta Fuad Qəhrəmanlının günahsız olması barədə vəsatətimi dərc etmədilər. Halbuki bu vəsatətin "Azadlıq”ın saytında yerləşdirilməsini Fuad Qəhrəmanlı tövsiyə etmişdi və Zümrüd Yağmur vasitəsilə redaksiyaya təqdim olunmuşdu. Amma mən bunu problem saymıram. "Azadlıq” qəzetində də dostlarım var. Bir dəfə onlardan biri zarafatla mənə demişdi ki, müsavatçı olsan da, soyadın Kərimli olduğu üçün sənə hörmətimiz var”.

Məsələ ilə bağlı "Azadlıq”ın redaktoru Rahim Hacıyevə göndərdiyimiz suala hələlik cavab verilməyib.//bastainfo

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300