İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdə hökumətin iclasını çağıraraq ötən həftə Bakıya və Astanaya etdiyi tarixi səfərlə bağlı məlumat verib. 

 

Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, baş nazir hökumət üzvləri qarşısındakı çıxışında deyib:

 

"Qeyd etmək istərdim ki, ötən həftə mən iki müsəlman ölkəsinə səfər etdim. Mən bu haqda danışıram, bilərək ki, burada danışdıqlarım mətbuatda dərc olunmayacaq, çünki bu tarixi səfəri İsrail mətbuatında güclə yada salıblar. Lakin səfər bütün mənalarda tarixi əhəmiyyət kəsb edirdi. İsrailə heyran olan iki mühüm müsəlman ölkəsi, məhz heyran olan, bizimlə əlaqələri möhkəmləndirmək istəyir.

 

 

Bu ölkələrdən biri Azərbaycandır. Biz oradan az qala lazım olan neftin yarısını idxal edirik, onların Avropaya uzanan qaz kəmərinə qoşulmaq üçün danışıqlar aparırıq, bir sıra sahələrdə qarşılıqlı münasibətlərə malikik. Məsələn, təhlükəsizlik sahəsində. Bizə müstəsna olaraq mehriban, isti qəbul təşkil etdilər. İlk dəfə baş nazir qismində mən bu ölkəyə 19 il əvvəl getmişdim. Bu, İsrail baş nazirinin Azərbaycana ikinci səfəri idi, Mərkəzi Asiyanın nəhəng ölkəsi olan Qazaxıstana ilk səfəri idi.

 

Mühüm olanı odur ki, bu dövlətlərin hər ikisi müsəlman əhaliyə malikdir və orada müxtəlif dinlərin nümayəndələri, ilk növbədə müsəlmanlar və yəhudilər dinc yaşayır. Bu dövlətlər İsraillə münasibətlərin inkişafında maraqlıdır. Bu, bizim dünyamızda baş verən indiki hadisələr fonunda çox mühümdür. Dəqiq bilərək ki, bu haqda dediklərim mətbuatda işıqlandırılmayacaq, mən burada bunları deyirəm ki, haqlı olduğumu sübut edim”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300