Dəyəri yüz min manat olan avtomobillərdə gəzən qohumların idarə etdikləri maşınlara nədən icra hakimiyyətinə məxsus dövlət nömrə nişanları vurulur?

Rəhbərlik etdiyi rayonda özünə sərhədləri bəlli krallıq yaradan icra hakimiyyəti başçılarından biri də Abdin Fərzəliyevdir. Artıq on ildir ki, Nərimanov rayon İcra Hakimiyyətinə rəhbərlik edən A.Fərzəliyev haqqında Conflict.az-a daxil olan məlumata görə son bir neçə ayda başçı Bakı şəhərində yaşayan qohumlarını Nərimanov rayonu ərazisində yeni inşa edilmiş binalardan birinə toplayır. Məlumatda o da bildirilir ki, 3-5 otaqlı mənzilləri qohumlarına təmənnasız olaraq, hədiyyə kimi paylayan icra başçısının bu jestinin səbəbi hələ ki, qohumlar üçün qaranlıqdır. Mənbə onu da qeyd etdi ki, mənzil hədiyyəsi alan qohumlar paytaxtın digər ərazilərində şəxsi mənzillərə sahib olsalar da, onlar A.Fərzəliyevin xüsusi tapşırığı ilə həmin binalara köçürülür. Bütün ev əşyaları və mebellərlə təchiz olunmuş mənzillərə əlavə olaraq nə isə gətirməyə ehtiyacın olmadığını söyləyən mənbə, yeganə şərtin yalnız həmin mənzillərdə yaşamaq olduğunu bildirdi. 
ABDİN FƏRZƏLİYEV QOHUMLARINI ÖZÜNƏ MƏXSUS
Bundan başqa ailədə olan gənc oğlanara dəyəri təxminən yüz min manat olan bahalı avtomobillər də hədiyyə edilib. Ən maraqlı cəhət isə həmin avtomobillərə Nərimanov rayon icra hakimiyyətinə məxsus dövlət nömrə nişanları taxılıb. Onu da qeyd edək ki, mənbə həmin avtomobillərdən birinin və həmin avtomobili idarə edən A.Fərzəliyevin yaxın qohumunun şəkillərini də bu günlərdə redaksiyaya təqdim edəcək. Məlumatı verən mənbə bildirdi ki, Nərimanov rayon icra hakimiyyəti başçısı bu jesti ilə əslində ən yaxın çevrəsinin yol verə biləcəyi hər hansı səhvdən özünü sığortalamaq istəyir. Belə ki, son illər məmur yaxınları ilə bağlı baş verən özbaşınalıqlar cəmiyyətdə və siyasi hakimiyyətdə birmənalı qarşılanmadığı üçün, A.Fərzəliyev özünə yaxın hesab etdiyi insanları məhz gözünün qarşısında, nəzarəti altında saxlamağa üstünlük verir. Əslində A.Fərzəliyevlə bağlı baş verən bütün hadisələr əsasən ölkə başçısı ilə başçının qohumluğu prizmasından yanaşanda, həm də hakim ailə üçün arzuolunmaz haldır. Əgər nəzərə alsaq ki, ölkə başçısı müşavirələrin birində məmurların harınlamış yaxınları ilə bağlı xəbərdarlıq da etmişdi və həmin hadisədən sonra bəzi məmurlar görəvlərindən atılmışdı, onda A.Fərzəliyevin məlum jesti də başa düşülən olar. Bütün bu halları nəzərə alan A.Fərzəliyev yaxınlarını bir binada toplamaq qərarına gəlib. Mənbə onu da qeyd etdi ki, həmin bina rayon ərazisində iri yaşayış sahələri inşa edən iş adamlarından birinin A.Fərzəliyevə hədiyyəsidir.(conflict.az) 

Qarşı tərəfində məsələ ilə bağlı mövqeyin dərc etməyə hazırıq.
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300