Oxucular üçün daim maraq doğuran və tariximizdə kifayət qədər həssaslıqla izlənilən reallıqları təqdim etməkdə davam edirik. Bu dəfə isə Azərbaycanın ilk xalq şairi adını almış Səməd Vurğun və dahi Məhəmməd Əmin Rəsulzadə arasında olan qalmaqalla bağlıdır. 

1937-ci ilin hər sahədə "təmizləmə" əməliyyatı başlayır. Şərti olaraq "təmizləmə" adlandırdığımız bu çirkin oyun əslində çox sahənin ən əhəmiyyətli adamlarını aparmaqla həmin sahələri çirkləndirdi. Bu qanlı illər boyun əyməyəni də apardı, əyəni də, haqqında danos yazılanı da apardı, danos yazanı da.

M.Ə.Rəsulzadənin böyüklüyü bir də onda idi ki, ona "İyirmi altılar" poemasında "şarlatan" deyə müraciət edən xalq şairi Səməd Vurğun haqqında da "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində müsbət fikirlə danışmışdır.

Səməd Vurğun M.Ə.Rəsulzadəni bu sözlərlə təsvir edir:

İndi xəbər verim oxucuma mən

O "millət rəhbəri" Rəsulzadədən:

Toplamış məclisə müsəlmanları,

Yağlı vədələrlə tutmuş onları.

Deyir: Türkiyəni çağıraq gərək,

Bizə kömək olsun, qılınc çəkərək,

Parlasın ədalət, mehri-hürriyyət,

Ucalsın göylərə şərəfi-millət!...

-Şarlatan!

-Afərin!

-Rəhbərə bir bax!

-Vətəni yadlara bunlar satacaq!

-Bir dayan!

-Nə dedin?

O bir xaindir,

Sözünün pərdəsi

millətdir, dindir.

Bütün bunlara baxmayaraq Səməd Vurğun "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində Rəsulzadə tərəfindən "milli şair" adlandırılır. Şairin "Vaqif" dramını Əmin bəy çağdaş Azərbaycan ədəbiyyatının ən uğurlu əsəri hesab edir. Rəsulzadə yaradıcılığı şəxsiyyətə qatmadan obyektiv yanaşaraq, yamanlığa yaxşılıqla cavab verərək bu gün də bizim üçün və gələcək nəsil üçün yüksəkdəki yerini qoruyub saxlayır.

Əlirza Turan xatirələrində qeyd edir ki, "Rəsulzadə bu poemanı oxuyandan sonra xəyallara daldı. Ona dedilər ki, "görün, S.Vurğun sizin haqqınızda nələr yazıb. Siz isə onu "Çağdaş Azərbaycan ədəbiyyatı"nda millətçi bir şair kimi təqdim etmisiniz". Onda Əmin bəy deyir ki, "Mən yanılmamışam. Əgər o məni bu cür təsvir etməsəydi, başqa milli mövzuda olan şeirlərini nəşr etdirə bilməzdi. Həm də o mənim adımı xatırlamaqla unudulmaz etmişdir. Zəkalı oxucu dərhal mənim kimliyimlə maraqlanacaq və hər şey ona bəlli olacaq".//enter.news

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300