ABŞ Dövlət Departamenti İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin yeri barədə məlumat təqdim edənə 25 milyon dollar mükafat vəd edir.
Bu barədə məlumat qurumun rəsmi saytında yayılıb.
Məlumatda bildirilir ki, bundan əvvəl (2011-ci ildə) vəd edilən mükafatın məbləği 10 milyon dollar idi.
Mükafat Bağdadinin yerinin müəyyən edilməsinə, həbsinə və ya mühakiməsinə gətirib çıxaracaq məlumatı təqdim edən şəxsə veriləcək.
Qeyd edək ki, belə bir məbləğ 2001-ci ildə «Əl-Qaidə» lideri Üsamə ben Ladenlə bağlı təklif olunmuşdu.