Vəzifəsini tərk etməkdə olan prezident Barack Obama nə üçün Demokratik Partiyaya haker hücumu üçün qərarın ən yüksək Rusiya rəhbərliyi səviyyəsində qəbul olunduğunu düşündüyünü izah edib.

Jurnalistlərin o Rusiya prezidenti Vladimir Putinin kiberhücumlara şəxsən əmr verdiyini hardan bilir sualına cavab olaraq Obama deyib ki, Rusiya prezidenti bütün rəsmi və qeyri-rəsmi qərarları şəxsən özü qəbul edir.

"Rusiyada Vladimir Putinin xəbəri olmadan elə də çox hadisələr baş vermir. Bu kifayət qədər subordinasiyalı əməliyyatdır” – Yeni il tətilindən əvvəl Ağ Evdə keçirilən mətbuat konfransında Barack Obama deyib.

Obama vurğulayıb ki, ABŞ-da Demokratik Partiyanın serverlərinə haker hücumları barədə "Rusiya versiyasını” ən ağlabatan hesab edir.

Sübutlar

"Mənim gördüyüm kəşfiyyat məlumatları bu kiberhücumun ruslar tərəfindən həyata keçirildiyini söyləməyə tam əminlik verir” – deyib prezident.

Barack Obama bildirib ki, bu versiyanın xeyrinə olan təfərrüatlar tam şəkildə kəşfiyyatın 20 yanvaradək təqdim olunacaq hesabatında yer alacaq.

Məlum olduğu kimi Obamanın prezidentliyi məhz yanvarın 20-də başa çatır.

Obama vəd edib ki, sözü gedən hesabatda bütün mümkün sübutlar göstəriləcək.

Barack Obamanın fikrincə ABŞ-da hazırda baş verən siyasi qütbləşmə xarici dövlətin maxinasiyaları üçün zəmin yaradır.

"Təsəvvür edin ki, Respublikaçı Partiyadan olan seçicilərin 37 faizi Putini dəstəkləyir. Keçmiş DTK agentini! Bunu eşitsəydi Ronald Reagan məzarında çevrilərdi” – deyib Obama suallardan birinə cavab verərkən.

Cavab tədbirləri olacaqmı?

Barack Obama bir daha təkrar edib ki, Washington ABŞ seçki prosesinə müdaxilə etməyə çalışmış Rusiya hakerlərinə qarşı cavab tədbirləri görəcək.

Ötən cümə günü FTB-nin başçısı James Comey və Milli Kəşfiyyat Agentliyinin direktoru James R. Clapper MKİ-nin belə bir bəyanatını dəstəklədiklərini bildiriblər ki, Rusiya Donald Trump-ın qələbəsinə nail olmaq məqsədilə ABŞ seçkisinin nəticələrinə təsir göstərib.

Rusiya hakimiyyəti Amerika seçki kampaniyasına getdikcə təfərrüatlanan haker müdaxiləsi ittihamlarını inadla rədd edir.

Cümə günü Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu ittihamları "ədəbsiz” adlandırıb və sübutlar tələb edib.

Prezident seçilmiş Donald Trump MKİ-nin hesabatını saymazlığa vurub.

Kiberhücuma Demokratik Partiyanın serverləri və Clinton qərargahının başçısı John Podestanın elektron poctu məruz qalıb.

Serverdən oğurlanmış yazışma WikiLeaks və başqa saytlara ötürülüb və dərc edilərək Clinton kampaniyasına ciddi zərbə olub.

(bbc azəri)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300