"ADA Universiteti ödənişli ali məktəbdir. Buna baxmayaraq, bizə gələn qaçqın tələbələrin sayı çoxdur və onlar təhsil haqqından - ödənişdən azad olunurlar. Ancaq mən düşünürəm ki, biz gərək bu məsələyə qayıdaq, rektorlarla birgə bunu müzakirə edək”.

Bunu ADA Universitetinin rektoru Hafiz Paşayev "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı tədbirdə deyib.

Rektorun sözlərinə görə, elə tələbələr var ki, yüksək balla ali məktəbə daxil olur, sonradan pulsuz oxuduqlarından səylərini azaldırlar, daim çalışan, dərslərini yaxşı oxuyan tələbələr isə ödəniş etməli olurlar: "Buna görə. belə bir təşəbbüs etmək istəyirik ki, qaçqın tələbələrə müəyyən hədd qoyulsun. Əgər qaçqın tələbə müəyyən həddən aşağı qiymət alarsa, onu imtiyazdan məhrum edə bilərik. Artıq bu məsələyə baxmağın vaxtı çatıb”.

H. Paşayev qeyd edib ki, bu gün ali məktəblərdə müəllimlərin maaşları universitetlərin imkanlarından, ali məktəblərin maliyyə imkanları isə tələbələrdən asılıdır: "Çalışırıq ki, tələbələrdən maliyyəni alıb müəllimlərə, yaxşı işləyənlərə verək. İstəmirik ki, xaricdən gələn müəllimlərlə öz müəllimlərimiz arasında maaş fərqi yaransın”.(APA)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300