Litva, Latviya və Estoniya bundan sonra da hər zaman Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü və müstəqilliyini müdafiə edəcək.

 

Axar.az xəbər verir ki, bunu Baltik Assambleyasının prezidenti Yanis Vuçans söyləyib. Vuçansın çıxışını Latviya Seyminin mətbuat xidməti yayıb. O, Baltikyanı ölkələrin bundan sonra da GUAM üzvlərinin avrointeqrasiyasına hər cür yardım göstərəcəyini bildirib:

 

"Rusiya postsovet məkanında öz təsirini gücləndirməyə çalışır. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova öz regionlarında müxtəlif konfliktlərə cəlb ediliblər. Onları yalnız sülh yolu ilə həll etmək lazımdır. Biz hər zaman sizin ərazi bütövlüyünüzü müdafiə edəcəyik”.

 

Qeyd edək ki, Vuçinsa bundan öncə Bakıda GUAM ölkələri Parlament Assambleyasının 9-cu sesiyasında iştirak edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300