"Suriyadakı vəhşətin məsuliyyətini Bəşər Əsəd rejimi və onun müttəfiqləri olan Rusiya ilə İran daşıyır. Onların əllərində Suriyadakı qətliamların qanı var”.

 

APA-nın "habertürk”ə istinadən verdiyi xəbərə görə, bunu Ağ evdə keçirilən ilin sonuncu mətbuat konfransında ABŞ prezidenti Barak Obama deyib. Obama çıxışında Hələbdəki son vəziyyət və Rusiyanın ABŞ-dakı seçkilərə haker hücumları vasitəsilə müdaxilə cəhdinə xüsusi diqqət ayırıb. ABŞ prezidenti deyib ki, Hələbdə mülki şəxslər hədəfə götürülüb: "Məsum insanların blokadaya alındığı, aclığa məhkum edildiyi bir strategiya ilə üz-üzəyik. ABŞ diplomatik və siyasi yollarla Suriyadakı vətəndaş müharibəsinin həllinə çalışıb. Dünyanın harasında olursa olsun, müharibə səbəbindən bir uşağın ölümünə görə öz üzərimdə məsuliyyət hiss edirəm. Suriya məsələsi qarşılaşdığım ən çətin problemlərdəndir.

Obama Rusiyanın ABŞ-dakı seçkilərə haker hücumları ilə müdaxilə etməsini də sərt tənqid edib, "Rusiya dərhal buna son qoymalıdır” - deyib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300