Bakıdakı uşaq bağçalarından birində azyaşlıya qarşı zorakılıq edilib.
 
Uluyol.info criminal.az-a istinadən xəbər verir ki, uşağın valideyni Xədicə Əliyeva Facebook profilində Fatmayıdakı uşaq bağçasında oğluna qarşı edilmiş kobudluğu paylaşıb:
 
''Fatmayı bağcasında uşağa qarşı belə bir vəhşilik. Hələ alnındakı şişi demirəm. Mən anlamıram ki, Fatmayı bağçasında müəllimlər nə travma keçirib ki, uşaqlardan belə açıq çıxırlar? Hara baxır bu insanlar, bu, nə vəhşilikdir? Məlumatı olan varsa, zəhmət olmasa desin. Artıq birinci dəfə deyil belə hərəkət. Böyük bacısını da belə edirdi. Gedirdik üstlərinə, ağlayıb yalvarırdılar ki, şikayət etməyin, balama yazığınız gəlsin. Bəs siz niyə başqalarının uşağına əl qaldırırsınız? Sizin işiniz uşaqları tərbiyə etməkdir, yoxsa döyüb travma vermək? Lap nadinc olsa da kimin ixtiyarı var uşağa belə vəhşicəsinə hərəkət edə? Bu hərəkəti müəllim xarici ölkədə etsəydi, türməyə salıb 10 il cəza verərdilər''. 
 
Günün sonu olduğundan uşaq bağçası ilə əlaqə saxlamaq mümkün olmadı. 
 
Uluyol.info
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300