Hüquq-mühafizə orqanlarının əməkdaşları Bakının Nəsimi rayonu ərazisində xüsusi əməliyyat keçiriblər.

 Vətəninfo.az-a  daxil olan məlumata görə, əməliyyat "masaj salonu” adı altında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən obyektlərdə aparılıb.

Əməliyyat nəticəsində daha çox tanınan "Hills”, "Relax” və daha 4 masaj salonu bağlanıb. Salonu işlədən şəxslər isə saxlanılıb.

 Məlumata görə əməliyyatı əsasən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları aparıb.

 Qeyd edək ki, Bakının mərkəzində, əsas küçələrdə saysız hesabsız "masaj salonları” adı altında fahişəxanalar fəaliyyət göstərir.

 Bu barədə məlumatlar, orada baş verən dələduzluq halları, hətta ağır cinayətlərin törədilməsi barədə mətbuatda dəfələrlə məlumatlar yayımlansa da, onlara "gözün üstə qaşın var” deyən olmayıb. Yəni hər kəsin gördüyü bu qanunsuz fəaliyyət nədənsə aidiyyəti qurumların diqqətindən yayınıb. Bu isə həmin salonların bəzi məmurlar tərəfindən himayə edilməsi barədə şayiələrin yayılmasına səbəb olub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300