Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanı Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Türkiyədən üzr istəyib.

Ölkə.az xəbər verir ki, buna 2014-cü ildə baş vermiş bir hadisə səbəb olub. 2014-cü ildə BMT-nin iclası vaxtı ABŞ-ın Dövlət katibi Con Kerri Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğluna, "Əlimizdə İŞİD-dən neft aldığınıza dair məlumatlar var" - deyib.

Çovuşoğlu isə amerikalı həmkarına, "Sizə bu məlumatları verənləri bilirik. Misirlə olan soyuq münasibətimiz səbəbilə bəzi ərəb ölkələri bu iddiaları irəli sürüblər. Bu ciddi bir ittihamdır. Bu barədə sənədləri verin bizə", - deyə cavab verib.

Bir müddət sonra Türkiyə XİN rəhbəri Çavuşoğlunun xatırlatması ilə Kerri Türkiyəyə bəzi sənədlər göndərib. Xarici İşlər Nazirliyi isə araşdırılması üçün bu sənədləri Milli İstihbarat Təşkilatına (MİT) təqdim edib. Araşdırmalar nəticəsində koordinatlarda göstərilən yerin Kilis bələdiyyəsinə aid asfalt fabriki olduğu ortaya çıxıb.

Bundan sonra Kerri Çavuşoğlundan üzr istəyib. Daha sonra CIA Türkiyəyə rəsmi üzrxahlıq məktubu göndərib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300