"Barselona”nın futbolçusu Arda Turan vətəni Türkiyədə baş verən terror aktları, eləcə də Suriyadakı qanlı olaylar barədə fikirlərini bildirib.

 

Qol.az-ın xəbərinə görə, "Anadolu” agentliyinə müsahibəsində o bildirib ki, bu hadisələr onu dərindən kədərləndirir: "Mənə bir şey olsa, öz ölkəmdə torpağa tapşırılacağam. Ona görə də mən bütün varlığımla ölkəmin, əsgərimizin, polisimizin yanındayam. Türkiyə torpaqları savaşmaq yox, yaşamaq üçündür”.

 

Suriyadakı hadisələrə də toxunan Arda deyib: "Hələbdə, müsəlman torpaqlarında insanlıq dramı yaşanır. Müqəddəs kitabımız "Qurani-Kərim”də "bir insanı öldürsən, bütün insanlığı öldürmüş olarsan” kimi bir ayə var. Bu ayəyə rəğmən, müsəlmanların bir-birinə bu qədər qənim kəsilmələri üzücü bir durumdur”.

 

O, daha sonra deyib: "Türkiyədə və müsəlman dünyasında baş verən mənfi hadisələrin səbəbini özümüzdə axtarmalıyıq. Adət-ənənəmizi, mədəniyyətimizi itiririk. Bayramlarda bir-birimizə zəng edib, təbrik etmək əvəzinə, mesaj göndəririk. Vaxtımız olsa da, böyüklərimizi ziyarət etmirik. Bu dəyərləri itirdikcə, işlərimiz daha da pisləşəcək. Hər zaman daha çox pul, şöhrət, vəzifə haqda düşünürük. Bu, hamımıza aiddir. Ən birinci tənqid isə özümədir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300