Azərbaycan ABŞ və İsrailin vacib müttəfiqidir. Azərbaycanın ABŞ-dakı səfirliyinin "Amerikanın Əsas Yəhudi Təşkilatları Prezidentlərinin Konfransı (AƏYTPK)” ilə birgə bu ölkənin yeni seçilmiş prezidenti Donald Trampa məxsus oteldə keçirdiyi Hanukkah bayramı ilə bağlı tədbiri boykot edən yəhudi təşkilatlarının fəaliyyəti Azərbaycan, ABŞ və İsrail arasındakı münasibətlərə xələl gətirə bilər.

 

Trend-in məlumatına görə, bu barədə Amerika Sionist Təşkilatının prezidenti Morton A.Kleynin təşkilatın saytında dərc edilmiş bəyanatında deyilir.

 

Kleyn yazır ki, Azərbaycan yəhudilərə dost olan müsəlman ölkəsidir və burada yaşayan yəhudi əhalisinə yaxşı münasibət göstərilir. Bu həftə bu ölkəyə İsrailin baş naziri Benyamin Netanyahu da səfər edib.

 

Dekabrın 14-ü Vaşinqtonda "Trump International Hotel”də keçirilmiş Hanukkah tədbirini boykot etməklə ABŞ-ın 11 yəhudi təşkilatı təkcə ABŞ və İsrail arasındakı münasibətlərə yox, həm də İsrail-Azərbaycan münasibətlərinə xələl gətirə bilər.

 

Kleynin sözlərinə, bu təşkilatlar Azərbaycandan üzr istəməlidir:

 

"Boykot edənlərin bayramın keçirilmə yeri ilə şikayətləri də yersizdir. Bu hotel Ağ Evə yaxın olduğu və Ağ Evdə təşkil olunan Hanukkah mərasiminə dəvət olunanların buraya gəlişinin rahatlığı üçün seçilmişdi”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300