Səxavət İsmayıl: "Razi Nurullayev hakimiyyətin sifarişini icra edir.Məhz bu səbəbdəndə partiyada tutduğum vəzifədən və partiya sıralarından istefa verməli oldum”.


Partiya sıralarından istefa verən Səxavət İsmayılın bəyanatın uluyol.info oxuculara təqdim edir:


 "Bildiyiniz kimi Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin parçalanmasına mövcud hakimiyyət zaman-zaman bütün var gücünü səfərbər edərək partiyanın uçuruma yuvarlanmasına, parçalanmasına cəhd edib.Amma bu işə tam şəkildə nail ola bilməyiblər.Bu dəfə ki, məkrli, iyrənc planlı siyasəti Razi Nurullayev icra etməli oldu.Təbii ki, külli-miqdarda vəsait hesabına...

Əslində bunu fraksiya kimi qiymətləndirmək olmaz.Çünki, Nurullayevin ətrafına yığılan bir qrup insan heç bir zaman AXCP-nin üzvü olmayan kəslər idi.Sadəcə böyük əksəriyyətini bir araya toplayan aylıq 50 manat idi.Bu təxribat xarakterli təşəbbüsü irəli sürənlər camaatın ehtiyac içində boğulduqlarından xəbərdar idilər.Bəziilərini ehtiyac, maddi sosial durum bu addımı atmağa vadar etdi.

Bu gün Razi Nurullayevin ətrafında olan kəslər var ki, nə geriyə, nə də irəli addım atmağa çıış yolları yoxdur.R.Nurullayevə etimadsızlıq göstərmək iddiasına düşmək istəyənləri represiya və həbs dalğalarının qurbanına çevrilərlər.Mən də bu təhlükələrə rəğmən, partiyada tutduğum Mərkəzi Təftiş Komissiyası və üzvlükdən istefa verirəm.Düşünürəm ki, geciksəm də ən layiqli addım budur.


Saxtakarlıqları araşdıranda görünür ki, R.Nurullayevin havadarlıq etdiyi dırnaq arası, şantajçı qəzet və saytlardan öz mənfur məqsədləri üçün istifadə edən, dinimizə, milli-mənəvi dəyərlərimizə daima qara piyara səbəb olan yazılar dərc edən "mediaxeberleri.az” saytının işçisi Ələddin Qarayevin başı isveçrə saatlarından dəqiq işləyir.

Ələddin Qarayev: Ziyalı küçə uşaqlarına qoşulmamalıydı

Regionlarda Etimad konfransları təşkilat komitələri mərkəzdə etimad qurultayı sırf saxtakarlıqla keçirildi.Ölkənin siyasi partiyaları və qeyri-hökümət təşkilatları Nurullayevin qurultaya dəvətini qəbul etmədi.Ölkəmizdəki xarici diplomatlarda bu qurultayı tanımadı.Ələddin Qarayevin planı idi ki, kasıb, yoxsul adamları restoranlara toplayıb, guya hansısa şairin ad günüdür.Bu adla yedirdib, içirdib sondada bir iki şəkil çəkdirib sosila şəbəkllərdə paylaşırdı ki, AXCP-nin Etimad konfransı keçirildi.Guya bu insanlar Əli Kərimlinin siyasətini dəstəkləmir, onu istəmirlər...

Sonda Razi Nurullayevə və onun ətrafında qalan sayılası şəxslərə tövsiyyəm var.Getsinlər böyük şəxsiyyət Əbülfəz Elçibəyin məzarı üstünə dizlərini qoyub qəlblərdə daima yaşayan bəyin ruhundan üzr istəsinlər.

KİV vasitəsilə ölkənin güc strukturlarını xəbərdar edirəm və həyəcan təbili çalmaq məcburiyyətində qalmışam.Ələddin Qarayevdən ünvanıma təhdid dolu ismarıclar gəlir.”Səni məhv edərəm,yaşatmaram” bu sözlər Ə.Qarayevə məxsusdur.Dəlil və sübutlarım var və adiyyatı qqurumlara təqdim etməyə hazıram”.

Razinin “Cəbhə”sində yarpaq tökümü davam edir

Səxavət İsmayıl


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300