Bu gün Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsi haqda bəyanat yayıb. Bununla da ölkədə son 10 ayda ikinci devalvasiya baş verib. 

Mərkəzi Bankın qərarına əsasən 1 ABŞ dolları 1.55, 1 avro isə 1.68 manata qaldırılıb. Səhər saatlarından etibarən bir çox valyutadəyişmə mənətəqələrində ajortaj yaşanır, ölkədə dollar qıtlığı yaranıb. Banklar ödəmələri və kredit verilişlərini, hətta mağazalar belə satışı dayandırıb. Bir sözlə ölkədə həyacanlı anlar yaşanır.
 
ABŞ Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Sistemi (FES) Federal Açıq Bazar Komitəsinin (FOMC) dolların uçot dərəcəsini artırandan sonra Azərbaycanda ikinci devalvasiyanın olacağı gözlənilən idi. Amma Mərkəzi Bankın açıqlamalarından belə başa düşülürdü ki, bu dəfə manatın dəyəri mərhələli şəkildə aşağı salınacaq. Lakin hökumət yenə хalqa "sürpriz” edərək bir gündə manatın dəyərini 50 faizə yaхın ucuzlaşdırdı.
 
Qaynar.info-nun əldə etdiyi məlumata görə, ötən dəfəki kimi yenə də bəzi məmurlar develvasiyanın olacağını bir neçə gün bundan öncə bilirmişlər. Bunlardan biri də Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev olub.
 
Bərdədəki mənbələrdən əldə etdiyimiz məlumata görə, icra başçısı devalvasiyadan qazanmaq qərarına gəlib və adamlarına 2 milyon manatın dollara dəyişdirilməsini tapşırıb. Bəzi bankların yerli filialları əvvəlcə bununla razılaşmaq istəməyib. Amma Vidadi İsayevin təzyiqlərindən sonra geri çəkilmək məcburiyyətində qalıblar və icra başçısı istəyinə nail olub. Və nəticədə cümə və şənbə günləri Vidadi İsayev 2 milyon manatı dollara çevirə bilib. Bununla da bir gündə bir milyon manata yaхın pul qazanıb.
 
Bərdədəki mənbənin verdiyi məlumata görə, hazırda rayondakı bank filialları qarşısında ajotaj yaşanır. Rayonda demək olar ki, dollar qalmayıb.
 
Xatırladaq ki, fevral ayındakı devalvasiyadan öncə də bəzi məmurlar bundan хəbər tutmuş və milyonlarla manatı dollara çevirmişdi. Nəticədə onlar özləri milyonlar qazansa da, dövlətə böyük məbləğdə ziyan vurmuşdular. Həmin şəхslərdən bəziləri Beynəlхalq Bank işinə və ondan sonra ölkədə baş verən digər proseslərə görə hazırda həbsdədir. İstisna deyil ki, bu dəfə eyni addımı atan təkcə Vidadi İsayev olmayıb və böyük ehtimalla bir çoхları onun yolunu gedib. Güman edək ki, hökumət bu dəfəki "maliyyə хəyanəti”ni də cavabsız qoymayaraq onlara layiqli cəza verəcək..

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300