Bakıda müşahidə olunan qarlı hava şəraiti səbəbindən, bəzi yollarda nəqliyyatın hərəkətində problemlər yaranıb.  

 

APA-nın məlumatına görə, metronun "Neftçilər” və "Xalqlar Dostluğu” stansiyası ərazisindəki yollarda, "20 Yanvar” avtomobil dairəsində,  Bayıl istiqamətində, Bayraq meydanından paytaxtın mərkəzinə doğru gələn hissədə, Balaxanı, Zığ və digər yollarda problemlər yaranıb. Vətəndaşlar sosial şəbəkələrdə yolların buz bağlamağa başladığını bildirirlər. 

 

Bundan əvvəl Bakı Nəqliyyat Agentliyindən APA-ya hava şəraiti ilə bağlı yollarda sürət həddinin aşağı endirildiyi bildirilmişdi.

 

Məlumata görə, nəqliyyat vasitələrinin  təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə Heydər Əliyev prospektinin Hava limanına qədər olan hissəsində eləcə də Zığ dairəsindən Hava limanı istiqamətində və əks istiqamətlərdə hərəkət sürəti daha 10 kilometr saat həcmində aşağı endirilib.   

 

Bundan əvvəl yol polisi havaların kəskin dəyişməsi ilə əlaqədar, yolların buz bağlayacağını nəzərə alaraq sürücülərə müraciət edib.

 

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qarlı və şaxtalı havada sürücülərdən son dərəcə diqqətli olmaları tövsiyə olunub. Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı məsləhət görüb.


 qarli hava bakinin yollarinda problemler yaradibqarli hava bakinin yollarinda problemler yaradib

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300