"YouTube” video xidməti Koreya Xalq Demokratik Respublikası dövlət televiziyasının kanalını bloklayıb.

 

İKT.lent.az-ın "The Washington Post”a istinadən verdiyi xəbərə görə, "YouTube” bu addımla ABŞ-ın Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaları pozmaqdan özünü sığortalayıb. Kanal orada yayımlanan hansısa proqrama görə yox, Şimali Koreyanın bu kanal vasitəsilə reklam gəliri əldə edə biləcəyi ehtimalı ilə əlaqədar bağlanıb.

 

Qəzetin xəbərinə görə, "YouTube”un sahibi "Google” hələ noyabr ayında kanalı bağlayıb, lakin bu haqda hər hansı şərh verilməyib. "Biz ayrı-ayrı videolar və kanallar haqda şərh vermirik. Lakin biz qaydalarımızı və xidmət şərtlərimizi pozan, eləcə qanunazidd akkauntları söndürürük”, - deyə "Google”un Asiya nümayəndəliyindən bildirilib.

 

Qeyd edək ki, kanal Şimali Koreya dövlət televiziyasının xəbərlərini və digər təbliğat materiallarını yayımlayırdı. Kanalın bağlanması bu ölkədəki vəziyyəti öyrənən Qərb analitiklərini məyus edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300