"Çox çalışdım, əlləşdim, vuruşdum ki, normal bir iş tapım, ancaq tapa bilmədim. Son qərara gəldim ki, bədən orqanlarımın birini satım”.

Rəşad Rəsulov Quba rayonunda riyaziyyat müəllimi işləyib. Bir müddət sonra tərbiyə işləri üzrə direktor müavini və direktorun səlahiyyətlərini icra edib. Dediyinə görə direktor vəzifəsində qalmaq üçün ondan rüşvət istənilib, o isə bu pulu verməyib və məktəbdən kənar düşüb. 11 il müəllim işləyən Rəşad Rəsulov indi ehtiyaclarını ödəmək üçün böyrəyini satmaq istəyir.

"Bir ildən çox şəhərdə işsiz vəziyyətdə yaşamaq hər kəsə bəllidir ki, bu, nə cür başa gəlir. Müəyyən borclarım var. Bir ildir borc edə-edə gəlirəm ki, bəlkə nəhayət bir iş yeri tapıb borclarımı verim. Heç bir iş yeri yoxdur. Məcburam ki, borcları da ödəyim. Bunun üçün məcbur oldum ki, böyrəyimin birini satım”.

Keçmiş müəllim böyrəyini satmaq üçün sosial şəbəkələrdə elan verib. Deyir ki, bu, son çarəsidir. Hara gedib işləmək istəyirsə, ya sözü keçən tanış ya da pul istəyirlər. İşsizlik müavinəti və ünvanlı sosial yardım almaq üçün dövlət orqanlarına müraciətlərinə də müsbət cavab verən olmayıb.

"Keçən il aprelin 17-də TQDK tərəfindən məktəb direktorlarının seçilməsi üçün test keçirildi. Mən bu testlərdə iştirak elədim. İkinci, üçüncü mərhələlərdən də keçdim. Nəhayət, orada mənə dedilər ki, kiməsə nəsə "hörmət” eləmək lazımdır ki, bu işə girə biləsən. Ondan da mən imtina elədim”.

Özəl şirkətlərdə fəhlə kimi işləyən keçmiş müəllim bir ildən çoxdur ki, işsizdir. O Bakıda bir otaqlı kirayə mənzildə 3 nəfər ailə üzvü ilə bir yerdə yaşayır. Rayonda yaşayan qohumları ərzaq göndərməsə, yeməyə çörək tapmadıqlarını deyir.

"Mən ali təhsilli bir şəxs bu gün bu boyda Azərbaycanda…Günü-gündən televiziyalarda, kağız üzərində 11 min iş yeri, 1300 iş yeri, 15 min iş yeri… Hanı bu iş yerləri? Haradadır bu iş yerləri ki, 15 dənəsin göstərsinlər, mən gedim işləyim”.

Rəşad Rəsulov uşağının yağışlı gündə ayaqları su içində dərsdən gəldiyini deyir. Atanın pulu yoxdur ki, uşağına ayaqqabı alsın. O, gələcəkdə uşağının sağlamlığında problem yaranmasın deyə öz sağlamlığından keçmək istəyir.

"Bu gün uşaq məktəbdən gəldi, ayaqları topuğa qədər suyun içində idi. Mən bir ata kimi öz-özümə öz içimdə boğuluram ki, mən necə atayam ki, mənim uşağım gözümün qabağında bu vəziyyətdə dərsdən gəlir. Ayaqqabıları yırtılıb. Mənim imkanım yoxdur ki, gedim bugünkü gün ona ayaqqabı alım. Hətta o dərəcəyə gəlib çatmışdım ki, intihar etmək istəyirdim. Daha yaşamaq istəmirəm belə bir dövlətdə”.

 

 

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300