Şirvan Üzən Nasoslar Zavodunun müdiri Əliheydər Dövlətov uzun illər boyu dövlət büdcəsindən və rəhbərlik etdiyi zavoddan taladığı pullarla açdığı inşaat malları topdan satış mərkəzini satmaq qərarına gəlib.
 
Bu barədə AzFakt.com-a Şirvandan daxil olan məlumatda bildirilir. Həmin məlumatda bildirirlir ki, Şirvan Üzən Nasoslar Zavodunun müdiri Əliheydər Dövlətova məxsus Şirvan rayonun Dadaşbəyli kəndinin yaxınlığındakı inşaat malları topdan satış mərkəzi satışa çıxarılıb. Bir neçə ilə yaxındır ki, fəaliyyət göstərən topdan satış mərkəzində milyon manatlıq mal-metalın olduğu qeyd edilir.
 
Saytımıza məlumat verən rayon sakinlari iddia edirlər ki, ölkədə maliyyə böhranın yaranmasından sonra Əliheydər Dövlətovun topdan satış mərkəzində işlər geriləməyə başlayıb.Çünki, Şirvan Üzən Nasoslar Zavodunun müdiri satdığı mal-matrealların üstünə xeyli miqdarda pul qoyur. Bu isə kasıb vətəndaşların alıcılıq qabiliyyətini aşağı enməsinə səbəb olub.Qabaqlar vətəndaşlarda az-çox vəsait var idi və uzun yol getməmək üçün Əliheydər Dövlətovun baha qiymətə satdığı materialları almağa məcbur idilər. İndi isə vətəndaşın vəziyyəti günü gündən ağırlaşır və alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşür. Bütün bunları yaxşı bilən Əliheydər Dövlətov "böhran"ın dərinliklərində batmamaq üçün obyektini satışa çıxardıb. 

Şirvan sakinlərinin bildirdiklərinə görə Əhmədzadənin işçisi obyektini mal-material qarışıq 800 min manata satır. Ancaq topdan satışmərkəzini boş alan olsa o zaman qiymət razılaşma yolu ilə 300 min manat ola bilər. Bildirək ki, Əlheydər Dövlətov uzun illərdir Şirvan Üzən Nasoslar Zavodunun müdiri vəzifəsində işləyir və məhz bu qurumun hesabına kiçik "oliqarxa" çevrilib. İllərdir dövlətin ayırdığı vəsaitlərin böyük bir hissəsini müxtəlif yollarla mənimsəyən direktor pulunun çoxluğundan tikinti mal-materialları biznesinədə girişmişdi. Şirvan Üzən Nasoslar İdarəsi ilə bağlı ölkə mediasında dəfələrlə şikayətlər yer alsada Əliheydər Dövlətov öz vəzifəsini qoruyub saxlaya bilib.
Saytımıza göndərilən məlumatda vurğulanır ki, direktor yaxın ətrafına onun arxasında Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin müavini Zakir Quliyevin dayandığını açıq şəkildə deyir. Bildirək ki, Əliheydər Dövlətovun topdan satış mərkəzi ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Əliheydər Dövlətovun Salyan-Şirvan yolunun üstündə, Dadaşbəyli kəndi yaxınlığındakı mal-material topdan satış mərkəzi:




Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300