Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov çətin situasiya qarşısında qalıb. Buna səbəb istifadəsiz qalan torpaqların məmurların əlindən alınması prosesində komitə sədrinin bəzi iri çinovniklərlə, məmur-oliqarxlarla "toqquşmaq” ehtimalıdır. 

Qaynarinfo.Az-a daxil olan məlumata görə, hazırda ƏMDK əsasən orta və kiçik ranqlı məmurların zəbt etdikləri torpaqların geri qaytarılması ilə məşğuldur. "Amma qarşıdakı mərhələdə kifayət qədər iri ranqlı məmurların - nazirlərin, nazir müavinlərin, nüfuzlu deputatların və icra başçılarının da qanunsuz yolla ələ keçirdikləri və təyinatındankənar yararlandıqları torpaqları da geri qaytarmaq lazım gələcək. Bu isə Kərəm Həsənovun özünə xeyli "düşmən” qazanmasını qaçılmaz edəcək” deyə məlumatı verən mənbə bildirib. 

Qaynağımız məlum məsələnin birbaşa ölkə başçısının nəzarətində olduğunu, bu səbəbdən də hələlik ƏMDK sədrinin ciddi çətinlik çəkməyəcəyini deyib. "Nəzərə alsaq ki, belə torpaqların məmurların əlindən alınmasını və təyinatı üzrə istifadə olunmasını bilavasitə dövlət rəhbəri istəyir, belədə hansısa iri məmurun belə, zəbt etdikləri torpaqları təhvil verməmək üçün mqavimət göstərəcəyi ağlabatan deyil. Bu halda onların qəzəbə tuş gələcəyi və daha ağır formada cəzalandırıla biləcəyi qaçılmazdır” deyən mənbəmiz əlavə edib ki, sonradan müəyyən nüfuzlu vəzifə sahiblərinin Kərəm Həsənova qarşı gizli düşmənçşilik hissi bəsləməsi, ilk fürsətdə bunu onun hökumət daxilindəki mövqelərinin zəiflədilməsi üçün istifadə edəcəyi ehtimalı böyükdür. 

Məlumata görə, hazırda Kərəm Həsənovu narahat edən də belə bir ehtimalın nə vaxtsa reallaşa biləcəyi təhlükəsidir. Bir sözlə, ƏMDK "şef”i yetərincə çətin durumla üzləşib. O, ölkə rəhbərliyinin itifadəsiz qalan, yaxud təyinatı üzrə istifadə edilməyən, qanunsuz zəbt olunmuş torpaqları geri qaytarmalı, eyni zamanda da özünə sonradan başağrısı yarada biləcək düşmənçiliklər qazanmamlıdır? Bəs ƏMDK sədri unu necə bacaracaq? Ümumiyyətlə, bacaracaqmı? Bu sualların ən dəqiq cavabını isə yəqin ki, zaman verəcək. 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300