Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) Siirt mahalından seçilən deputatı Besime Konca həbs edilib.
Axar.az xəbər verir ki, bir müddət əvvəl saxlanılan Konca məhkəmənin qərarı ilə şərti azadlığa buraxılmışdı.
Lakin prokurorluğunun etirazı ilə yenidən yaxalanan deputat Diyarbəkir məhkəməsinin qərarı ilə həbs edilib.