SSRİ-yə bənzər ittifaqın yaradılması ilə bizim ölkə və biz hamımız çoxdan məşğuluq.

 

Axar.az xəbər verir ki, bunu "RİA Novosti” agentliyinə açıqlamasında Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov söyləyib. Kommunist lider Qorbaçovu SSRİ-nin dağılmasında əsas günahkar adlandırıb:

 

"Qorbaçov hər şeydən əvvəl bizim ölkənin vətəndaşları qarşısında cavab verməlidir ki, o hansı əsasla SSRİ-ni qorumayıb. O zaman əhalinin dörddə üç hissəsi vahid ittifaq dövlətində yaşamağa səs vermişdi. İkincisi, Qorbaçovun Yeni SSRİ yaratmaq mövzusunu müzakirə etməyə haqqı yoxdur. Üstəlik, SSRİ-yə bənzər ittifaqın yaradılması ilə bizim ölkə və biz hamımız çoxdan məşğuluq. Bu iş üçün ilk əlini uzadan Belarus olub. O çoxdan bir yerdə yaşamağımızı arzulayır. Mənim fikrimcə, bu ideya artıq çoxdan qapımızı döyür. Bununla ciddi məşğul olmaq lazımdır. Mən Kreml və hökumətimizin bu işlə fəal məşğul olduğunu görmürəm”.

 

Qeyd edək ki, bundan öncə TASS agentliyinə müsahibə verən SSRİ-nin son prezidenti Mixail Qorbaçov Rusiyanın SSRİ-yə bənzər yeni ittifaq yarada biləcəyini söyləyib. Onun fikrincə, bu ittifaqın tərkibinə keçmiş SSRİ dövlətləri daxil olmalıdır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300