Ermənistanın Respublika, Maariflənmiş Ermənistan və Vətəndaş müqaviləsi partiyaları 2017-ci il parlament seçkilərində vahid blokda iştirak etmək barədə memorandum imzalayıblar.

Musavat.com-un Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə 2017-ci ilin aprelində keçiriləcək seçkilərlə bağlı partiyalararası əməkdaşlıq prosesi sürətlənib.
Məlum olduğu kimi seçkidə iştirak edəcək müxalifyönümlü digər siyasi partiyalardan Ermənistan Milli Konqresinin siyahısına keçmiş prezident Levon Ter-Petrosyan başçılıq edəcək.

Ermənistanın indiki prezidenti Serj Sərkisyan isə hakim Ermənistan Respublika Partiyasının siyahısında 1-ci yerdə olacaq.

"3 partiyanın ittifaqı siyasi şəraitin doğurduğu nəticələrdən və demokratik inkişafın prioritetlərindən irəli gəlir”, Respublika, Maariflənmiş Ermənistan və "Vətəndaş Müqaviləsi təşkilatlarının imzaladıqları birgə bəyanatda belə deyilir.

Hər üç partiya həm parlament, həm də İrəvanın Ağsaqqalları Şurasına keçirilən seçkilərdə bir blok şəklində fəaliyyət göstərəcəklər.

"Birgə fəaliyyətlə bağlı qərarlar və bloka yeni qüvvələrin cəlb olunması məsələləri isə konsensus yolu ilə həll ediləcək”, bəyanatda deyilir.

Bundan başqa, bəyanatda bu birliyin gələcəkdə vahid siyasi partiyaya çevriləcəyi barədə də müddəalar yer alıb.

"Biz Ermənistanda hakim rejimlə mübarizə apara bilən blok qururuq” Respublika partiyasının sədri Aram Sərkisyan bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.

Картинки по запросу aram sargsyan
Aram Sərkisyan

Onun sözlərinə görə yeni yaranan blok digər qüvvələrin də cəlb olunmasına çalışacaq.
A.Sərkisyan mənsub olduğu partiyanın 15 illik fəaliyyəti ərzində müxtəlif siyasi qüvvələrlə əməkdaşlıq etdiyini bildirib.

"İlk öncə biz "Ədalət” ittifaqına, daha sonra isə Ermənistan Milli Konqresinə daxil olduq.
Lakin arada yaranan ziddiyyətlər nəticəsində həmin birliklər dağıldı. Maariflənmiş Ermənistan və Vətəndaş Müqaviləsi ilə əldə olunan birliyin fərqli cəhəti onun eyni ideoloji əsasda qurulmasıdır.

Vətəndaş Müqaviləsi Partiyasının idarə heyətinin sədri Sasun Mikaelyan da başqa siyasi güclərlə danışıqlar prosesi içərisində olduqlarını bildirib.

Картинки по запросу sasun mikaelyan
Sasun Mikaelyan

O, Qarabağ müharibəsi veteranlarını bloku dəstəkləməyə çağırıb.

Maariflənmiş Ermənistan partiyasının sədri, Ermənistan parlamentinin deputatı Edmon Marukyan müxalifətin hakimiyyətə qarşı mübarizə aparmalı olduğunu söyləyib. O yeni blokla qarşıya qoyulan hədəfə nail olacaqlarını qeyd edib.

Картинки по запросу edmon marukyan
Edmon Marukyan

Hakim partiyada isə siyahıda ilk üçlüyün kimlərdən ibarət olacağı üzərində müzakirələr gedir.

Məlum olduğu kim, partiyanın parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan iqtidar partiyasının proporsional siyahıda birinci yerin Serj Sərkisyana mənsub olacağını artıq xəbər verib.

Siyasi müşahidəçilərin rəyinə görə, bu Serj Sərkisyanın prezident postunu 2018-ci ildə təhvil verdikdən sonra siyasi arenada qalacağından xəbər verir.

Картинки по запросу serj sargsyan

S.Sərkisyan özü "Əl-Cəzirə” kanalına verdiyi müsahibədə partiyanın seçkilərdə "çox yaxşı nəticələr” alması halında baş nazir vəzifəsinə yiyələnəcəyini istisna etməyib.

Əgər Ermənistan reallıqlarını da nəzərə alınması ilə, hakim partiya "çox yaxşı nəticələr” əldə etsə, Sərkisyanın prezidentlikdən vaxtından öncə baş nazirliyə gətirilməsi qeyri-mümkün variant hesab edilmir.

Siyasi təhlilçilər siyahıda 3-cü şəxsin kim olacağı üzərində də baş sındırırlar.
Aydındır ki, Serj Sərkisyandan sonra sırada 2-ci yeri indiki baş nazir Karen Karapetyan tutacaq.

Erməni mətbuatının verdiyi məlumata görə burada 2 şəxsin adı önə çıxır.
Bunlardan biri keçmiş baş nazir Ovik Abramyandır. O.Abramyan son dövrlərdə siyasi nüfuzu azalsa da partiya içərisində təsir imkanları geniş hesab edilir.

13792_b-2-1

İkincisi isə Rusiya maqnatı Samvel Karapetyan hesab olunur. Lakin Rusiya milyarderi seçkilərdə öz şəxsində deyil, Respublika partiyasından olan deputat qardaşı Karen Karapetyanın (baş nazir Karen Karapetyanla fərqli şəxslərdir-red.) simasında zühur edə bilər 

Siyasi ekspertlər 3-cü yerin əhəmiyyətini Ermənistan Milli Assambleyasının sədri postu üçün nəzərdə tutulması ilə bağlayırlar.

Vaqif Hüseyn, müsavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300