Fransada yaşayan Neftçala rayon sakini Allahverdiyev Əmiraslan Fizuli oğlu "Azərpoçt"-un Neftçala rayon filialından onun yaşadığı ölkəyə yola salınan bağlamanın itirilməsindən şikayət edir. Rayon sakini bağlamanın itirilməsində birbaşa "Azərpoçt"-un Neftçala rayon filialını günahkar sayır. Belə ki, vətəndaşın dediklərinə görə ona 23 noyabr 2016-cı ildə "Azərpoçt"-un Neftçala rayon filialından qohumu tərəfindən bağlama yollanılıb. O iddia edir ki, sözü gedən filial ona yollanılan 10 kq çəkidə "CP001469991AZ" saylı bağlamanı itirib.

Şikayətçi deyir ki, 1 gün sonra 24 noyabr 2016-cı il tarixində eyni filialdan ona daha bir "CP001470005AZ" saylı bağlama yollanılıb. Bir həftə sonra ikinci yollanan bağlama mənzil başına çatsada zədələnmiş və ağzı açıq formada olub. Hətta bağlamanın içərisində olan bəzi əşyalar yerində olmayıb. Digər əşyalar isə tamamilə yararsız hala düşüb.
Elektron izləmə zamanı müəyyən edib ki,bir gün fərqi ilə göndərilən başqa bir bağlama göndərilən ünvana çatdırılsa da, digər bağlama göndərilməyib və sistemdə görünmür”, - bu sözləri şikayətçi vətəndaş deyib. 


3 gün sonra bağlama haqqında məlumat sistemə daxil olsa da, göndərilən bağlama hələdə göstərilən ünvana çatmayıb.

"Azərpoçt"-un rəsmi internet saytında yerləşdirilən əlaqə nömrəsinə (012 493-56-00) nə qədər zəng etsədə cavab verən olmayıb. Eyni hal "Azərpoçt"-un Neftçala rayon filialinın əlaqə nömrəsi (02126 3-33-55)ilədə baş verib. Hətta vətəndaş Ə.Allahverdiyev "Azərpoçt"-dan aidiyyatı orqanlara şikayət edəcəyinidə vurğulayıb. "Ona görə ki, "Azərpoçt" bunu artıq mütəmadi şəkildə edir”.

Şikəyətçi hesab edir ki, diqqətin Azərpoçt rəhbərliyinin məsuliyyətə cəlb olunmasına yönəldilməsi vacibdir. Yaxşı olar ki, bu qurumun rəhbərliyi açıqlama versin. Çünki bu hal ilk dəfə deyil baş verir. Əvvəllərdə bir neçə dəfə Azərbaycandan "Azərpoçt" vasitəsilə şikayətçiyə göndərilən bağlamalar yoxa çıxıb. Nəhayət, problemin ictimai müstəviyə çıxarılma zamanı gəlib çatıb.//newsazerbaijan
 
Uluyol.info
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300