Qırğızıstanın "Turkelpress" xəbər portalı AzərTac-ın işğal edilmiş Azərbaycan torpaqlarında ermənilərin törətdikləri vəhşilikləri əks etdirən fotolarını yayıb.

Uluyol.info xəbər verir ki, həmin fotolar Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş müxtəlif ərazilərində – Dağlıq Qarabağda, Sədərək rayonunun Kərki kəndində, Zəngilan rayonunun Məmmədbəyli kəndində, Laçın və Kəlbəcər rayonlarında, Cəbrayıl rayonunun Xələfli və Qumlaq kəndlərində və digər yerlərdə çəkilib və erməni vandalizmini əyani şəkildə sübut edir.

Fotolarda Şuşa qalasının, Şuşa məscidinin, məşhur Gövhər Ağa məscidinin, Azərbaycan qəbiristanlıqlarının və bir sıra digər obyektlərin hazırkı görünüşü əksini tapıb.

Fotolarla bu linkdən tanış olmaq mümkündür: http://www.turkelpress.com/?p=21067


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300