Bu mental köpəklər, bu qurd köpəklər, 
Bu Turan köpəklər, bozqurd köpəklər...

Bu misralar şair Salam Sarvan tərəfindən Facebook sosial şəbəkəsində paylaşılıb. Şair tərəfindən türklərin bu cür təhqir olunması, alçaldılması söz sahiblərini də dilə gətirib.
Salam Sarvanın etdiyi başından böyük qələtə cavab gəldi - ETİRAZ
Teref.info və Nurəddin Xoca olaraq onu bildirmək istəyirəm ki, bu misralarda Türkün ən qudsal inancları təhqir olunub.Mentalitet yəni törələr və Boz Qurd yəni (inanclar)
Nə deyim, ailəsində və namusunda qüsur olan təbii ki, metaliteti qəbul etməzlər. Boz Qurda və Turana gəlincə isə.... Köpək adını təhqir etmək istəməzdim.O çörək yediyi əli heç zaman dişləməz.Bunlar köpək adından istifadə edən çaqqallardırlar. Ulu babalarına Türk babalarımız necə od vurubsa indidə yadlarından çıxarda bilmirlər və yanğılarını belə ifadə edirlər. Çaqqallar isə heç zaman Qurdun nə olduğunu bilməyiblər və bilməzlər!!

Yazıçı-publisist Yunus Oğuz qəzəbini gizlədə bilməyib. Cebhe.info-ya açıqlama verən Y.Oğuz bu cür təhqirə qarşı sərt mövqe sərgiləyib: 
Salam Sarvanın etdiyi başından böyük qələtə cavab gəldi - ETİRAZ
"Düşünürəm ki, Salam Sarvan bu misralarla istər Türkiyədə, istər Azərbaycanda şəhid olanları təhqir edib. Görünür, Salam Sarvan multikultiralizmə daha çox vurulub. Salam Sarvan deyəsən hardan çıxdığını, kökünü unudub. Qocalıb... Yəqin ki, qocalıb. Ancaq heç bir milləti təhqir etmək düzgün deyil. Ona sözüm belədir, multikultiralizmə çox meyillənmə, öncə dədənin, ananın kökünü öyrən. Ondan sonra bax gör nə var, nə yox”. 

Milli QHT Forumu İdarə Heyətinin üzvü, şair-publisist Əkbər Qoşalı təəssüf hiss ilə fikirlərini dilə gətirib. S.Sarvanı neçə illərdir tanıdığını deyən Ə.Qoşalı onun dəyərlərə qarşı söyüş-təhqirlə danışmasına inanmadığını söyləyib: 
Salam Sarvanın etdiyi başından böyük qələtə cavab gəldi - ETİRAZ
"Düşünürəm ki, bu misraların bütöv mətnini əldə edə bilsəydik, daha düzgün analiz aparmaq mümkün olardı. Görəsən ovqatının, daha doğrusu, ovqatsızlığının hansı vaxtında belə status paylaşıb?.. Həqiqətən də o, belə misraları qələmə alıbsa, təəssüf hissi keçirirəm. Özəlliklə qələm adamının, hər hansı xalqın milli kimliyində rol alan dəyərlərlə, mənəvi ünvanlarla təhqirlə danışması yumşaq desəm, ayıbdır, ayıb”.

Jurnalist, Turançılıq dəyərlərinin təbliği ilə məşğul olan Elnur Eltürkün fikrincə, şair tərəfindən bu cür misraların qələmə alınması onun hələ də Sovet dövrünün ədəbi mühitinin təsirindən çıxa bilməməsi ilə əlaqədardır: 
Salam Sarvanın etdiyi başından böyük qələtə cavab gəldi - ETİRAZ
"Salam Sarvan uğursuz şair olduğu kimi misraları da uğursuzdur. Özünü şair adlandıran bir insanın belə söz işlətməsi onun hansı dünyagörüşə sahib olduğunu göstərir. Ola bilər ki, şair ədəbiyyatda bu günə qədər elə də ciddi uğur qazanmayıb, bu yolla da özünü gündəmə gətirməyə çalışır. Bu misralar bir daha onun Sovet təfəkküründən çıxmadığını göstərir. Çünki bu kimi hallar Sovet ədəbiyyatına xas idi. O zaman şairlər Mərkəzi Komitənin xoşuna gəlmək üçün it, pişik və başqa sözləri işlədirdilər. Şübhəsiz ki, şair məqsədyönlü şəkildə bu sözləri işlədir. Bəlkə də ölkəni tərk etmək istəyir. Sabah ona hansısa təzyiqlərin olacağı ilə bağlı əlinə fakt yığmağa çalışır ki, Avropada rahat oturum alsın. Avropanın Turançılığa və Türk dünyasına münasibəti bəllidir. Turançılıq elə bir ideologiyadır ki, etikadan kənar sözlər işlətməklə onu gözdən salmaq olmaz. Sovet imperiyası türklük ideologiyasının qarşısını ala bilmədisə, Biləcəridən o tərəfə keçməyən şəxsin etikadan kənar sözləri ilə müqəddəs amalı kiçiltməsi mümkün deyil. Milyonlarla insan bu ideologiyanın daşıyıcısıdır. Get-gedə davamçıları artmaqdadır”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300