Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının "Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 14 oktyabr tarixli qanunun tətbiqi və "Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” 2004-cü il 25 iyun tarixli sərəncamda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

 

Bununla əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə "Hərbi xidmətdə fərqlənməyə görə” medalı” hissəsindən sonra yeni hissə əlavə edilib.

 

Dövlət başçısının "Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” 2004-cü il 25 iyun tarixli sərəncamının 1-ci hissəsinə "Hərbi xidmətdə fərqlənməyə görə” sözlərindən sonra "Şücaətə görə” sözləri, "Azərbaycan Respublikasının fövqəladə hallar nazirinə” sözlərindən sonra "Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi xidmətinin rəisinə, Azərbaycan Respublikasının xarici kəşfiyyat xidmətinin rəisinə” sözləri əlavə edilib və həmin hissədən "Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinə” sözləri çıxarılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300