Heç demə, dünyada yaratdığı düşüncə inqilabını həyata keçirdiyinə görə

 

ABŞ-ın dünyadakı məşhur siyasi məcmuələrindən sayılan Time (Taym) bu ilin adamını elan edib.

Gözlənilidiyi kimi, bu, Birləşmiş Ştatların yeni seçilən prezidenti Donald Trampdır.

Jurnalın redaksiyasından məsələ ilə bağlı verilən məlumata görə, onlar bu mükafatı Trampa yaxşı və ya pis əməllərinə görə verməyiblər. 

Redaksiyanın fikrincə, Tramp ABŞ-da mümkün görünməyən bir hədəfə nail ola bilib. O, Vaşinqtonun ənənəvi siyasi sistemini darmadağın edərək dünyanın ən qüdrətli dövlətinin başçısı seçilib.

"Bu gün biz 90-cı dəfə dünyanın gedişatına, pis və ya yaxşı yöndə, ən yüksək səviyyədə təsir göstərən növbəti insanı "ilin adamı” elan etdik”, jurnalın redaksiyasının məsələ ilə bağlı hazırladığı mətndə belə yazılır.

"Time” jurnalı bununla bağlı hazırladığı xüsusi video-çarxda Donald Trampı populizmin yeni fenomeni olaraq təqdim edib.

 "Hara gedirəmsə, mənim kütlələrim daha böyük və daha aktiv olub”, ABŞ-ın yeni prezidenti ilə bağlı video bu sözlərlə başlayır.

Jurnal da məhz bu xüsusa diqqət çəkərək Trampı prezident seçilməsinə görə deyil, həm ABŞ-da, həm də dünyada yaratdığı düşüncə inqilabını həyata keçirdiyinə görə "ilin adamı” elan etdiyini bildirir.

 "Bu adam sübut etdi ki, milyonların səs verməsi üçün hansısa partiyada və ya səfirlikdə təcrübə toplamağa, ictimai kapital yığmağa, ordulara rəhbərlik etməyə və sosial layihələrdə iştirak etməyə ehtiyac yoxdur. Bir mediamaqnat və daşınmaz əmlakın ticarəti ilə məşğul olan adam kimi Tramp, elektoratla ünsiyyəti qura bildiyi üçün zəfər qazana bildi. O, kütlələrin eşitmək istədiyi sözləri söylədi”, - jurnalın məqaləsində yazılıb.

"Time” jurnalının Donald Trampın "ilin adamı” elan olunmasına dair məqaləsində yeni prezidentin ABŞ-a müsəlmanların gəlməsini qadağan edilməsi, Meksika ilə sərhəd boyu divar hörülməsi və ümumiyyətlə bir çox hüquqşünası, diplomatı və eksperti şoka salan başqa vədlərinə də yer verilib.

Tramp özü jurnala verdiyi müsahibədə öz müvəffəqiyyətini belə izah edib:

"Mən bir şeyi anladım. Nə mənim, nə də digər amerikan vətəndaşlarının siyasi nəzakəti qorumağa nə vaxtı var və nə də arzusu... Mən heç vaxt səhv etmədiyimi deyə bilmərəm. Lakin insanlarla aydın və qəti danışmaq lazımdır”.

Siyasi ekspertlər Donald Trampın "ilin adamı” kimi Time jurnalının üst qabığında yer almasında heç bir təəccüblü bir şey olmadığını qeyd edirlər.

Onların fikrincə, Tramp ABŞ siyasi elitasına qarşı çıxanları təmsil edən, heç kimim gözləmədiyi halda siyasi uçuşu həyata keçirən bir şəxsdir. Keçən il he kimi siyasi fiqur kimi qəbul etmədiyi Trampın ABŞ prezidenti seçilməsi onu bir çoxlarının gözündə fenomen kimi qəbul edilməsinə gətirib çıxarıb.

"Time” jurnalı bundan öncə "ilin adanı” adına başqa namizədlərin də qısa siyahısını dərc etmişdi. Trampdan başqa burada Vladimir Putinin (Suriyadakı əməliyyatlar və ABŞ-da haker hücumları təşkil etməsinə görə), Hindistanın baş naziri Nerandra Modi (uğursuz valyuta islahatına görə), ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton (ABŞ prezidentliyinə iddia edən ilk qadın olaraq) , Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan (hərbi çevrilsin qarşısını aldığı və ölkədə aparılan kadr təmizləmələrinə görə), Naycel Farac (Böyük Britaniyanın Avropa Birliyindən çıxmasında rol oynadığı üçün) və afro-amerikan gimnastı Simona Baylzın (gəncliyinə və uğurlarına görə) adları yer alıb.

Bundan başqa, "ilin adamı” adına  ABŞ-ın pop-müğənnisi Beyons, CRİSPR mərkəzindən olan alimlər qrupu (insan DNA-sının redaktə edilməsi üzrə texnologiyaların kəşfinə görə, 
Facebook-un yaradıcısı Mark Sukerberq (sozial şəbəkələrdə şəffaflığın yaradılmasına və infomasiyaların yayılmasına görə) kimi mühüm şəxslər də iddia ediblər.

"Time” jurnalı özü 1923-ci ilin martın 3-də təsis edilib. Jurnalın təsis edilməsi ideyası ABŞ-ın məşhur Yel universitetinin tələbələri tərəfindən yaradılan gizli "Kəllə və sümüklər” adlı qrupunun rezidensiyasında irəli sürülüb.


Həftəlik çıxan jurnalın üst qapağında dünyadakı hadisələrə mühüm təsir göstərə bilən insanların rəsmi yerləşdirilir, onlar haqqında məlumat verilir və müsahibələri alınır.

 "İlin adamı” adını isə Jurnal ilk dəfə bu 1927-ci ildə təsis edib. Həmin il Atlantik okeanından uçuş həyata keçriəb Çarlz Lindberq jurnalın ilk laureatı seçilib.

Qeyd edək ki, jurnal hər il dünyaya həll edici təsir göstərən şəxsi və ya şəxslər qrupunu ilin adamı elan edir. Burada həmin şəxsin pozitiv və ya neqativ obraz olması nəzərə alınmır.
Həmin səbəbdəndir ki,  İosif Stalin və Adolf Hitler kimi şəxslər də jurnal tərəfindən "ilin adamı” adına layiq görülüblər.

Trampdan öncə bu ad Almaniya kansleri Angela Merkelə məxsus olub.

Vaqif Hüseyn, müsavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300