Ölkə iqtisadiyyatının inkişafı və inkişafa maneə olan neqativ halları kiçik sahibkar Məhərrəm Məmmədovla müzakirə etdik:


- Məhərrəm bəy, ictimai fəal olaraq Azərbaycanın iqtisadi inkişafına mane olan səbəbləri nələrlə əlaqələndirirsiz?

 

– Ümumiyyətlə iqtisadi inkişafın təməl prinsipləri var. Müasir dövrün əsas tələbi isə azad iqtisadi fəaliyət və şəffaflıqdır. Təkcə onu qeyd edək ki, dünyada biznes mühitinin inkişafı ilə bağlı islahatlar aparılır, şəffaflığın təmin olunması ilə bağlı isə müxtəlif təşəbbüslər dəstəklənir. Bu ideyalar zəruri ehtiyacdan formalaşır. Qeyd edim ki, Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsinə mane olan əsas səbəb məhz azad biznes mühitinin olmamasıdır. Buna səbəb isə ayrı-ayrı məmurların biznes sektoruna nəzarət etməsidir. Digər tərəfdən kiçik və orta sahibkarlıqla məşğul olanların müxtəlif vergi yoxlamalarına, inzibati axtarışlara məruz qalmasıdır. İstehsalın zəif olması zəruri tələbatların idxal vasitəsilə təmin olunmasını zərurti edir. Bu zaman isə Azərbaycanın gömrük sistemində olan neqativ hallar meydana çıxır. Həm gömrük rüsumlarının yüksək olmsı, həm də əlavə ödənişlərin tələb edilməsi Azərbaycanda biznesə marağı azaldır. Bir sözlə korrupsiya rəqabətin azalmasına, monopoliyaya və bahalığa səbəb olur. İstehlakçı isə baha məhsuldan istifadə edə bilmir.

 

- Sizcə prosesin qarşısını almaq üçün hansı addımlar atıla bilər ki, ciddi dəyişiklik olsun?

– Ciddi dəyişikliklər olması üçün xeyli vaxt lazımdır. Lakin zəruri addımlara dərhal başlamaq lazımdır. Bu addımların nədən başlayıb, nədən qurtardığını göstərmək çətindir. Lakin, gömrük rüsumlarının azaldılması, əlavə qeyri-rəsmi ödənişlərin (rüşvətin) ləğv edilməsi prosesə müsbət töhfə verə bilər. Lakin bir vacib məqamvar ki, onu xüsusi qeyd etməliyəm. Bu gün hakimiyyətdə olan böyük sayda məmur ordusu var ki, onlarla bu və ya digər islahatları həyata keçirmək qeyri-mümkündür. Çünki, illərlə rüşvət, korrupsiya üstündə formalaşmış insanlarla islahat aparmaq qeyri-ciddi görünür. Şəxsən mən səlahiyyətli olsaydım, yaxın keçmişdə Milli Təhlükəsizlik Nazirliyinin ləğv edilməsi Prinsipindən istifadə edərək Gömrük sistemini də köklü dəyişərdim. Azərbaycanda gömrük sistemində olan neqativ hallar hamıya məlumdur və bütün hamının gözü qarşısında baş verir. Eyni zamanda kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilməlidir, kənd təsərrüfatında sığorta sistemi tətbiq edilməli, kooperativlər yaradılmalıdır. Bu, həm də bizim idxaldan asılılığımızın azalmasına kömək edər.  Bu işləri həyata keçirmək üçün isə həm xeyli vaxt, həm də həqiqi istək lazımdır ki, bu adamlar kənarlaşdırılsınlar.

 

-Məhərrəm  bəy, sizcə prosesin inkişafı üçün vətəndaşlar, məsəl üçün biznesmenlər nə edə bilər?

 

– Mənim fikrimcə vətəndaş və ya biznesmen bu gün heç nə edə bilməz. Çünki, onlar şikayət edəcəyi halda  müdafiə olunacaqlarına inanmırlar. Məhkəmələr vasitəsilə gömrük və ya vergi sisteminə təsir etmək qeyri-mümkündür. Bu mənada bu gün hökumətdən ciddi siyasi iradə nümayiş etdirib real dəyişikliklər etməlidir. Əgər hər hansı vətəndaşın şikayəti təmin olunarsa, o zaman insanlar öz hüquqlarının müdafiəsi üçün müxtəlif ünvanlara müracit edərlər.Ümumiyyətlə, korrupsiya sahibkarliğın inkişafını əngələyən əsas maneyədir..

 

 Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300