Ləğv edilən MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyev Novxanıda dəniz kənarında tikdirdiyi villasında çalışan fəhlələrin pulunu hələ də verməyib. Novxanı çimərliyinin ən perestijli yerində inşa edilən və dəyəri milyonlarla manat məbləğində olan villanın tikintisi bir neçə il davam edib. Lakin villa hazır olandan sonra bəlli olub ki, M.Şıxəliyev fəhlə kontingentinin alın təri ilə qazandığı pulu vermək niyyətində deyil. İctimaiyyətdəki MTN xofundan, habelə özünün bu qurumda tutduğu vəzifəsindən sui-istifadə edən M.Şıxəliyev fəhlələrə alacaqları puldan gözlərini çəkməyi, bu pulu verməyəcəyini bildirib.
M.Şıxəliyevin MTN-dəki statusundan xəbərdar olan fəhlələr MTN generalına etiraz etməyə cəsarət etməyiblər və məcburən deyilənlərlə razılaşmalı olublar. Lakin 2015-ci ildə bir sıra həmkarları kimi M.Şıxəliyevin də MTN-dəki vəzifəsi ilə vidalaşması generalın Novxanıdakı vilasında çalışmış fəhlələrdə pullarını ala biləcəkləri ilə bağlı az da olsa ümid yaradıb. Bu ümidin nəticə etibari ilə fəhlələrə nə verəcəyi hələ bəlli olmasa da, proseslərin M.Şıxəliyev üçün yaxşı heç nə vəd etmədiyi ortadadır. Və çox güman ki, "fəhlə problemi” hələ uzun müddət M.Şıxəliyev üçün əlavə başağrısı olaraq qalacaq. (moderator.az)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300