Bir neçə gün öncə Meliorasiya və Su Təsərrüfatı ASC-nin İmişlidə fəaliyyət göstərən müəsisələri ilə bağlı redaksiyaya daxil olan məlumatlar əsasında dərc etdiyimiz yazılardan sonra regiondan olan dostumuz həmin qurumun bəzi rəhbərləri tərəfindən təhdid edildiyimizi söylədi.

Əlimizdə olan bəzi şəkilləri də cənab Prezidentə göndərəcəyik.
HACI BAKİR HƏSƏNBƏYLİ – MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI ASC-NİN İMİŞLİDƏKİ MÜƏSİSƏLƏRİNİN RƏHBƏRLƏRİ TƏRƏFİNDƏN TƏHDİD EDİLİRİK
Conflict.az onlayn ictimai – siyasi qəzeti Meliorasiya və Su Təsərrüfatı ASC-nin İmişlidə fəaliyyət göstərən müəsisələri ilə bağlı redaksiyaya daxil olan məlumatlar əsasında dərc edilən məqalələrdən sonra həmin qurumların rəhbərləri tərəfindən təhdid edilir. Məsələyə aydınlıq gətirən onlayn qəzetin baş redaktoru Hacı Bakir Həsənbəyli bildirdi ki: Biz bu günə qədər sıravi vətəndaşdan başlamış, dövlət görəvlisi olan şəxslərə qədər kimsə haqqında şəxsiyyətinə toxunan, şərəf və ləyaqətini alçaldan, şər – böhtan xarakterli bir cümlə belə dərc etməmişik. Öz istehsalımız olmayan informasiyaları dərc edərkən istinad etmişik. İnformasiyalarımızı dərc edərkən isə mütləq "Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.”cümləsini əlavə edirik. Saytın "haqqımızda” bölməsində şəxsən mənə məxsus telefon nömrəsi və elektron poçt ünvanımız var. Yəni bizə daxil olan məlumatları dərc edərkən əgər həmin şəxs və ya qurumla əlaqə saxlamaq imkanımız olmursa belə, qurumun və ya şəxsin yazılı, hətta şifahi mövqeyini də mütləq dərc edirik. Lakin Azərbaycanda bəzi dövlət görəvliləri informasiya portallarına və ya qəzetlərə telefon açıb haqqlarında dərc edilən yazılara münasibət bildirməyi özlərinə ya sığışdırmırlar, ya da buna lüzum olmadığını düşünürlər. Halbuki ölkə Prezidentinin "Hər bir dövlət məmuru ...xalqla bir yerdə olmalıdır, təvazökar olmalıdır, ...özünü xalqdan üstün tutmamalıdır,” – deyə birbaşa tapşırığı var. Lakin bəzi kiçik çaplı məmurların iddiaları o qədər böyük olur ki, bu ölkədəki hər kəsdən fərqli olduqlarını düşünürlər. 

Cənab Prezident jurnalistlərlə görüşlərinin birində: "Dünyada olduğu kimi, Azərbaycanda da internet jurnalistikası inkişaf edir. İnternetin yayılması ilə bağlı dövlət tərəfindən proqramlar həyata keçirilir. Belə olan halda biz deyə bilərik ki, Azərbaycanda söz azadlığı tam təmin edilib. Bu, belə də olmalıdır. Azərbaycanda iqtisadi, sosial və ictimai proseslərin gedişi mütərəqqi ideyalar üzərində qurulmalıdır. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın rolu böyükdür. Gələcəkdə də Azərbaycanda söz azadlığı və digər azadlıqlar tam təmin ediləcək.” – deməklə həm jurnalistikada məsuliyyətin artırılması ilə bağlı, həm də dövlət məmurlarına mesaj verib. "Ölkədəki vəziyyəti, hadisələri bir çox hallarda mətbuatdan izləyirəm və dərhal da reaksiya verirəm. Media problemlərin aşkara çıxarılması üçün mənim ən yaxın dəstəkçilərimdən biridir” – deyən cənab Prezidentin fikirləri təəssüf ki, bəzi əyalət məmurları üçün hələ də keçərli deyil. Bir neçə gün öncə Meliorasiya və Su Təsərrüfatı ASC-nin İmişlidə fəaliyyət göstərən müəsisələri ilə bağlı redaksiyaya daxil olan məlumatlar əsasında dərc etdiyimiz yazılardan sonra regiondan olan dostumuz həmin qurumun bəzi rəhbərləri tərəfindən təhdid edildiyimizi söylədi. 

HACI BAKİR HƏSƏNBƏYLİ – MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI ASC-NİN İMİŞLİDƏKİ MÜƏSİSƏLƏRİNİN RƏHBƏRLƏRİ TƏRƏFİNDƏN TƏHDİD EDİLİRİK
Halbuki,Conflict.az  bütün ölkə vətəndaşının, o cümlədən həmin şəxslərin ölkə qanunlarını pozmadan, sərbəst mövqe ifadə edəcəkləri media məkanıdır. Yəni təhdidə ehtiyac yox idi. Əgər dərc etdiyimiz məlumatlarda hansısa yanlışlığımız var idisə, buyurub münasibət bildirə bilərdilər. Həm həmin müəssisələrin tabe olduqları qurum, həm də ictimaiyyət bu rəhbərlərin demokratik düşüncə sahibi,o cümlədən mediaya açıq şəxslər olduqlarını görərdi. Əslində onlar bu cür hərəkətləri ilə gözəl bir nümunə də yaradardılar. Sözsüz ki, biz də media olaraq həmin münasibətləri dərc edər, hətta lazım gələrsə rəsmi üzr belə istəyərdik. Görünür Meliorasiya və Su Təsərrüfatı ASC-nin İmişlidə fəaliyyət göstərən müəsisələrinin rəhbərlərinin öz qanunları var.Conflict.az  onlayn ictimai–siyasi qəzeti olaraq cənab Prezidentə və Baş Prokurora müraciət hazırlayırıq. Əlimizdə olan bəzi şəkilləri də cənab Prezidentə göndərəcəyik.

Yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300