İnsan daima öz Pərvərdigarı ilə rabitədədir. Allah ilə rabitə yaratmaq elə
də çətin bir iş deyildir. Allah Peyğəmbərinə (s) belə buyurur: "Şübhəsiz,
insanı Biz yaratdıq və nəfsinin ona nə ilə vəsvəsə etdiyini bilirik. Biz ona
şah damarından da yaxınıq”. ("Qaf” 16).
Duanın əhəmiyyəti.
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır.
İslam təlimlərində ona xüsusi diqqət edilmişdir. Quran həmişə bəndələrinə dua
etməyi tövsiyə edir və duaları yerinə yetirəcəyini vəd edir. O, bəndələrin
nidasını eşidər və cavab verər. Niyə Onunla münacat etməyək və Ona dua
etməyək?! Allah buyurur: "Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də
duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq
deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və
xəcalətli şəkildə Cəhənnəmə daxil olacaqlar». ("Ğafir” 60).
Allahın elə nemətləri və bərəkəti vardır ki,
bəndələrinin halına şamil olur. Ancaq şərtləri vardır. Şərtlərdən biri budur
ki, Onun qapısına gedib, əlimizi dua üçün açaq. Ruhumuzu pak edək və Ona
yaxınlaşaq. Dua sayəsində İlahi rəhmət hasil olar və Onun lütf yağışı yağmağa
başlayar. (Tebyan)
Dua etməyin faydaları.
Dua ona görə həmişə diqqət mərkəzində olmuşdur
ki, onun çox sayda faydaları vardır. Xüsusilə də Məsumların (ə) duası
başdan-başa tərbiyəvi dərsdir. Duanın bəzi faydalarına toxunaq:
1. Mərifət əldə etmək. İmam Əli (ə) 46-cı
xütbəsində buyurur: "Allahım! Sən səfərdə bizimlə bir yerdəsən. Vətəndə
qalanlarımız üçün isə başçı və gözətçisən. Bu ikisinin cəminə Səndən başqa heç
kim malik ola bilməz”.
2. Əxlaqi tərbiyə və mənəvi təkamül. Duanın
faydalarından biri də mənəvi təkamül və əxlaqi tərbiyədir. Ərəfə duasında
oxuyuruq: "Allahım! Mənim ehtiyacsızlığımı daxilimdə qərar ver”. Xarici
ehtiyacsızlıq odur ki, sərvətə və rifaha malik olasan. Ancaq biz daxili
ehtiyacsızlıq istəyirik. Bu zaman insanın canı və ruhu doymuş olar. Çünki əks
halda əgər bütün dünyanı ona versələr, yenə də doymaz.
3. Təqva. Dua edən bəndə Allahın sonsuz
himayəsindən və gücündən istifadə edərək, Onunla rabitəsini möhkəmləndirir.
Onun Müqəddəs Zatına yaxınlaşır. İnsan "Kumeyl” duasında bu mənalı sözlərə
çatanda deyir: "Allahım, günahlarımı bağışla”. Başa düşür ki, dualarının
çoxunun yerinə yetməsinə günahları mane olur. Bu zaman Allahın bəyənmədiyi
işlərdən uzaq olmağa çalışır. Qəflət pərdəsini kənara çəkər. Günahın və
təqvasızlığın ən mühüm amili qəflətdir. Duanın faydası odur ki, insan qafil
olduğu məsələlərə dua vasitəsilə diqqət edir.
4. Günahların bağışlanması. Duaların bəzisi
insanlara tövbə yolunu öyrədir. "Kumeyl” duası da bu cür dualardandır. Bu
dua bizə tövbə etməyi, nəfsi islah etməyi öyrədir. Həmçinin Həzrət Fatimənin
(s.ə) təsbihini namazdan sonra demək bu cür dualardandır. Belə ki, bu haqda
gələn hədisdə oxuyuruq: "Hər kim bu duaları və təsbihatı deyərsə, sanki
anasından təzə dünyaya gəlmişdir və heç bir günahı yoxdur”. Əlbəttə diqqət
etmək lazımdır ki, bu hədisdə haqqun-nas nəzərdə tutulmamışdır.
5. Bəlalar dəf edilər. İmam Sadiqdən (ə) gələn
hədisdə oxuyuruq: "Haqq sahibi dua edən zaman Allah yerinə yetirər. Bəlanı
ondan uzaq edər”.
6. Daxili rahatlıq tapar. Həyatdakı səylərin
səmərə verməməsi bəzən insanı məyus edir. Yerdə qalan enerjisi də tükənər. Yeni
düşüncələri silib aparar. Ancaq dua insana ümid verər. Həyatında olan naümidlik
buludunu dağıdar. Bu da insana daxili rahatlıq hissi bəxş edər.
Allah Təala bizləri dua əhlindən qərar versin,
inşəallah.//ehlibeyt.info
Ulu Yol Xəbər portalı » Islam » Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/