Rusiya prezidenti Vladimir Putin  karyerasını başa vurduqdan sonra, daha çox səyahətə vaxt ayıracağını bəyan edib. 

Avropa.info xəbər verir ki, Çelyabinsk şəhərindəki zavodlardan birini  ziyarət edərək fəhlələrlə görüşən Putin xəyalının nə olduğuna dair bir suala "karyeramı uğurla tamamlamaq istəyirəm” cavabı verərək gülüb.

Rusiya prezidenti  səyahət etməyi çox sevdiyini bildirib.

"Bu gün səyahətim ondan ibarətdir ki, mən aeroporta gəlirəm, sonra bir binaya keçirəm, sonra yenidən hava limanına qayıdıram. Sonra da "bir yerlərə getmişik” deyirik.Əlbəttə karyeramı başa vurduqdan sonra, fərqli səyahət etmək, təbiəti görmək, tarixi yerləri gəzmək istərdim” deyə Rusiya prezidenti qeyd edib.

Bir müddət öncə, Peruya səfər etdiyini xatırladan Putin gileylənib.

"Yenə aeroport, bina, aeroport  və təkrar Moskvaya qayıtdıq. Halbuki orada görüləcək yer çoxdur. Peru qeyri-adi bir ölkədir , çox maraqlı yerləri varmış.”

Rus lider həmçinin heç vaxt etmədiyi bir xobbini sınamaq istədiyini etiraf edib.

"Amma hansı olduğunu deməyəcəm.”

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300