Dünya Azərbaycanlılarının Həmrəliyi gününə həsr olunmuş "Kempo Full" idman növü üzrə 20 dekabr tarixində Neftçala rayonunda Respublika yarışı keçirildi.ULUYOL.İNFO xəbər portalı olaraq yarışın keçirildiyi yerdən reortajımızı təqdim edirik:

Qeyd etdiyimiz kimi yarış Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmişdi.Yarış Azərbaycan Dövlət Himni ilə açıq elan edildi.
 
"Kempo Full"Fedarasiyasının prezidenti 3 qat Dünya çempionu,Dünya Kempo Fedarasiyasının ölkəmizdə rəsmi nümayəndəsi,əməkdar məşqçi Rauf İbrahimov Kempo idman növü haqqında məlumat verdi,Neftçala rayonunda yarışın keçirilməsində əsas məqsəd rayon idmançılarının son illər bu idman növü üzrə qazandığı uğurların səbəb olmasın qeyd etdi.Yarışda iştirak edən komandaları təbrik etdi.Növbəti yarışlar "20 yanvar" şəhidlərimizin xatirəsinə həsr olunmuş yarış,Ölkəmizi Rumuniya və bir neçə ölkələrdə təmsil edəcəklərin bildirdilər.

"Kempo Full" Fedarasiyanın Neftçala şöbəsinin rəhbəri qara kəmər Zöhrab Qarayev qonaqları salamladı,müharibə şəraitində yaşadığımız üçün hamının idmanla sıx maraqlanmasını vurğuladı.Uzun illər Karatenin müxtəlif növləri üzrə məşqçi kimi çalışmış Zöhrab müəllim tələbələrinin uğurlarından danışdı.
"Bu gün bu sahədə demək olar ki,maddi marağım yoxdur,sadəcə ürəyimdə idmana sevgi var,və bunun gənclərə aşılanması üçün uzun illərdir tək başıma "vuruşuram".Göründüyü kimi idman üçün ləvazimatlarımızda kifayət etmir.Amma uşaqlar həvəslidir və məndə əlimdən gələni əsirgəməyib,tələbələrimin Azərbaycanımızın bayrağın xarici ölkələrdə dalğalandıracağına inanıram.Bu gün artıq valideynlər qız övladlarında bu idman növün mənimsəmək üçün yanıma gətirirlər.Bu yarışda onlara şans vermişəm,və ümidliyəm".

 Ağcəbədi komandasının məşqçisi Ceyhun Niyazov "belə yarışların müntəzəm keçirilməsi lazımdır ki,bölgə idmançıları digər idmançı həmkarları ilə sıx əlaqədə olsun.Qoy güclü qalib gəlsin".

Sumqayıt komandasının məşqçisi Rəşad Yaqubov "məhz Azərbaycanımızı təbliğ edən idmançılar belə yarışlardan keçir,növbəti illərdə inanıram ki,bu gün yarışan tələbələr istədiyimiz nəticəni dünya idman arenalarında qazanacaqlar".

"Kempo "Federasiyasının baş məşqçisi ,İlham Ağaverdiyev "idman bir sülh rəmzidir və göründüyü kimi meydanda dalaşan,sonda qucaqlaşıb səhnəni tərk edirlər.Müharibə şəraitində yaşayan bir millət idmanın müxtəlif növlərin mənimsəməlidir.Yarışda güclərin sınayacaq bütün iştirakçıları təbrik edir və uğur arzulayıram"


Komandaların bölüşdürülməsindən sonra yarış başladı.Yarışda "Boz-oğuz","Toğrul","Sumqayıt",Ağcabədi","Wolf-Tean","Neftçala" komandaları güclərin sınadı.
 
SADAY FƏRƏCOV
ULUYOL.İNFO




Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300