Milli Məclisin büdcə müzakirələrində çıxış edən deputat Vahid Əhmədov ƏDV ilə bağlı diferensial vergi sisteminin tətbiqinə çağırdı: "Aparılan islahatlar hərtərəfli olmalıdır, həm instisional, həm kadr islahatları aparılmalıdır. Yalnız bu halda problemlərin həllinə nail olmaq mümkündür”. 

 

V.Əhmədov bir sıra qapalı təşkilatlara böyük miqdarda vəsaitlərin ayrıldığını, lakin burada xərcləmə ilə bağlı araşdırmaların aparılmadığını vurğuladı: "Biz ölkədə inkişafa nail olmaq istəyiriksə, elmə ayrılan vəsaitləri artırmalıyıq”. 

 

Həmçinin iki devalvasiyadan sonra əhalinin maaş və pensiyalarına əlavələrin edilməsini zəruri saydı. 

 

Deputat bankların bağlanmasına qarşı çıxdı: "Biz bank sistemini sağlamlaşdırmasaq, ölkədə inkişafa nail ola bilmərik”. 

 

V.Əhmədov Tarif Şurasının qiymət artımı ilə bağlı qərarından danışdı: "Burada iki məqsəd ola bilər: ya biz dövlət büdcəsinə əlavə vəsait daxil etmək istəyiblər, ya da hansısa şirkətlərin istəyi nəzərə alınaraq bu qərar verilib. İndi deyirlər bu artımın 60-70 faiz əhalitə təsiri yoxdur. Bunlar düzgün deyil. Qiymət artımına qədər əhalinin 80 faizi ödəniş edə bilirdi, insanların imkanı yox idi. Bundan sonra heç 80 faiz miqdarında da vəsaitləri yığmaq mümkün olmayacaq. Bİz əhaliyə millət vəkili olaraq necə cavab verəcəyik? Deyirlər bu qərarla müəyyən vəsaitlər cəlb olunacaq. Mən iqtisadçıyam, yüz nöqtədən bu vəsaitlərin cəlb olunmasını göstərə bilərdim. Tarifləri artırmağa ehtiyac yox idi”. 

 

Daha sonra V.Əhmədov hökumətə sual etdi: "Son illərdə regionlara 36 milyard vəsait ayrılıb. Bu vəsait hara xərclənib?”

 

E.Paşasoy, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300