Sabahdan, dekabrın 7-dən etibarən Bakı metrosunun "Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüddətli bağlanacaq.
Bu barədə Bakı Metropliteninin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
O bildirib ki, təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır: ""Xətai" stansiyasına gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edə bilərlər".