Nə Ağdam qovşaq rəisi Hümbət Mustafayev, nə də "Aztelekom”un şöbə rəisi Yaqub Həsənov 6-8 yaşlı dirəklərin necə çürüyüb yararsız hala düşməsinə aydınlıq gətirə bilmir?

Noyabrın 25-də Qafqaznews.az-da "Ramin Quluzadənin işçiləri korrupsiya faktlarını ört-bastır edirlər?” başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, Qafqaz Xəbər Agentliyinə müraciət edən Ağdam rayonu Əfətli kənd sakini Əhmədov Şəmsəddin Məhəddin oğlu bildirib ki, 2010-cu ildə kənddə salınan xətlərin dirəkləri çürüyüb aşmaqdadır, lakin bu istiqamətdə ciddi tədbir görülmür. Onun sözlərinə görə, kənd sakinləri dəfələrlə "Aztelekom” İstehsalat Birliyinə, habelə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etsələr də tədbir görülmür: "Mart ayında nazir müavini İltimas Məmmədov bizə cavab yazdı ki, müraciətimizə Rabitə və Yüksək Texnologiy15183887_561455634050438_503512383_oalar Nazirliyi tərəfindən baxılıb və sözügedən ərazidə abunəçi xətlərinin texniki normaya gətrilməsi üçün "Aztelekom” MMC-yə müvafiq tapşırıq verilb.

Eyni zamanda nazir müavini xətt matreallarının vəziyyəti və texniki normalara uyğunluğunun Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırıldığını bildirib. Ancaq sözügedən ərazidə heç bir iş görülməyib və gəlib heç maraqlanan da olmayıb. Artıq 1 ilə yaxın vaxt keçməyinə baxmayaraq nə xətt və dirəklər bərpa olunmadı, nə də bu işlərdə günahkar olan məmurlar öz cəzalarını almadılar. Hələ qış mövsümü gəlməyib, qar və boran olmayıb ancaq xətt dirəkləri aşıb, xətlər qırılıb. Çünki dirəklər çürük ağaclardan istifadə edilərək basdırılıb”, – deyə Ş.Əhmədov bildirib.

15146797_561460020716666_331780769_oMəsələ ilə bağlı Qafqaznews.az əməkdaşı noyabrın 24-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə sorğu göndərsə də, hələ də bu sorğuya cavab verilməyib. Noyabrın 28-də yenidən Qafqaznews.az-la əlaqə saxlayan Şəmsəddin Əhmədov bildirdi ki, "Aztelekom”dan Yaqub Həsənov adlı nümayəndə kəndə gəlib və tezliklə xətlərin bərpa olunacağına söz verib. "Şikayətimizi ictimailəşdirdiyinə görə, Qafqaz Xəbər Agentliyinə təşəkkür edirik. Lakin biz sakinləri narahat edən bir məqam var ki, bunu Yaqub Həsənova da vermişik, lakin cavab ala bilməmişik. Bu 6 ildə çürük dirəklərə, sakinlərin çəkdiyi əziyyətə görə kimlər məsuliyyətə cəlb olunacaq? İllərdir qovşaq rəisi işləyən, "köhnə komanda” üzvü kimi tanınan Hümbət Mustafayev öz laqeydliyinə, nöqsanlarına görə cavab verəcəkmi?

O dirəklərə və xəttə görə külli miqdarda dövlət vəsaiti mənimsənilib, indi də yenidən vəsait ayrılması tələb olunur. Həm vətəndaşlara, həm də dövlətə ziyan vuran, yaşı 65-i keçmiş bütün tanış və qohumlarını qovşağa toplayan Hümbət Mustafayev barəsində bir tədbir görüləcəkmi? Xahiş edirik, bizim adımızdan bu sualları dövlət qurumlarının qarşısında qaldırın”, – deyə şikayətçi vətəndaş vurğulayıb. Biz məsələ ilə bağlı Ağdam Telekommunikasiya Qovşağının rəisi Hümbət Mustafayevlə əlaqə saxladıq və sakinlərin narazı olduğu məqamlara aydınlıq gətirməyi xahiş etdik.

"Orda bu günlərdə tufan olmuşdu, dirəklər aşmışdı. Siz də sağolun, soruşub-öyrənmədən qoymusunuz sayta. Nazirlikdən adamlar da gəlib, yoxlama aparılır. Dirəklərin hamısı yenilənəcək və əlavə nə qədər vəsait lazımdırsa, ayrılacaq”, – deyə H.Mustafayev bildirdi.15153040_561465577382777_1006503186_o-kopiya

"Axı orda çürük dirəklərin olduğu videolardan da görünür…”, – deyə qeyd etdik. "O dirəklər Rusiyadan gətirilib, hamısı da 2010-cu ildə təzə idi, sadəcə küləkdən o hala düşüblər” – deyə H.Mustafayev cavab verdi. Onun sözlərinə görə, təmir işləri üçün ən azı 50 dirək lazım olacaq. Nə qədər vəsaitin gərəkdiyi barədə sualımıza isə H.Mustafayevdən cavab ala bilmədik.

"Aztelekom” İstehsalat Birliyinin telekommunikasiya şöbəsinin rəisi Yaqub Həsənov da Hümbət Musatafayevin sözlərini təkrarladı və qeyd etdi ki, həmin dirəklər 2008-ci ildə Rusiyadan gətilib. Dirəklərin bir neçə ildə necə çürüdüyünü soruşsaq da, Y.Həsənov bu suala aydınlıq gətirmədi, lakin o, qeyd etdi ki, Ağdamda yoxlama aparılır və nəticələri barədə Bakıda "Aztelekom” rəhbərliyinə məruzə edəcək. "Mətbuata da geniş açıqlama verəcəyik. Kimin nöqsanı varsa, araşdırılıb tədbir görüləcək”, – deyə Y.Həsənov söz verdi.

Sözardı: Qeyd edək ki, "Aztelekom” xidmətlərindən istifadə edib narazı qalan vətəndaşlar yalnız Ağdamın Əfətli kəndində yaşamır; müəllifin yaşadığı Abşeron rayonu Masazır qəsəbəsində də son bir neçə gündə tez-tez rabitə və internetdə "qırılma”lar müşahidə olunur. Lakin həmişəki kimi, "Aztelekom”dan konkret bir açıqlama ala bilmirik.

 Rüfət Əhmədzadə, qafqaznews.az



15231687_561459390716729_365573608_o15153040_561465577382777_1006503186_o15205571_561468840715784_86267997_o15205802_561464964049505_815011353_o15215736_561466280716040_192123957_o15224631_561468810715787_2063977177_o

15231655_561456117383723_746238449_o

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300