Rusiyanın Volqoqrad şəhərində 9 mərtəbəli binada partlayış baş verib. APA-nın "İnterfaks”a istinadən verdiyi məlumata görə, partlayış dekabrın 20-də günorta saatlarında Dzerjinsk rayonunun Kosmonavtlar küçəsindəki binada olub.

 

Ard-arda baş verən iki partlayışdan sonra yanğın başlayıb. Nəticədə 1-ci mərtəbədən 9-cu mərtəbəyədək binanın bir hissəsi çöküb, 36 mənzil zərər görüb.

 

Partlayış nəticəsində ölən və yaralananlar var. Dağıntılar altından beş nəfərin meyiti çıxarılıb. Daha 10-14 nəfərin dağıntılar altında qaldığı ehtimal edilir. 

 

"Mənzillərdən birində iki, digərində də iki yanmış meyit tapılıb. Nərdivan meydanında bir, yeddinci mərtəbədə isə daha bir nəfərin meyiti aşkarlanıb”, – deyə hadisə ilə bağlı yaradılmış qərargahdan bildirilib. 

 

O da bildirilib ki, dağıntılar altında qalanlardan heç kimin səsi gəlmir, çığırtı və qışqırıq səsləri yoxdur.

 

Dağıntıların sutka ərzində təmizlənməsi nəzərdə tutulur.

 

Yaralılar xəstəxanalara yerləşdirilib. Onların dəqiq sayı da hələlik məlum deyil.

 

İlkin məlumata görə, hadisəyə məişət qazının partlaması səbəb olub. Faktla bağlı cinayət işi başlanıb.(APA)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300