ABŞ-ın seçilmiş prezidenti kimi ilk mətbuat konfransı öncəsi Donald Tramp Xanuka yəhudi bayramına həsr edilmiş tədbirin sahibi plmaq niyyətindədir. Virtualaz.org xəbər verir ki, bu məlumatı Amerikanın "Morning Star” nəşri verib.

 

Mənbə bildirir ki, Donald Tramp ilk növbədə iş adamıdır və işlə əyləncəni balanslaşdırmağı bacarır. Bu halda isə əyləncə özü elə işdir. Dekabrın 14-də özünə məxsus hotellərdən birində o, Xanuka münasibətilə xarici nümayəndələr üçün təşkil ediləcək tədbiri qəbul edəcək.

 

Tədbir Azərbaycan səfirliyi ilə birgə təşkil olunacaq. Azərbaycan və İsrail münasibətlərini qaydasına salmağa çalışırlar. Bu baxımdan tədbiri Trampın bu iki ölkənin mehriban münasibətlərinin inkişafına dəstək vermək cəhdi kimi də qiymətləndirmək olar.

 

Seçki kampaniyasının gedişatında müsəlman imiqrantlara qarşı mövqeyinə baxmayaraq, tədbir "azadlığın və müxtəlifliyin” təntənəsinə həsr ediləcək.

 

Hökumət etikası üzrə mütəxəssislər tədbirin keçiriləcəyi məkan kimi diplomatların Trampın məkanlarından birini seçməsini şübhə altına alıblar. Onların fikrincə, burada maraqların toqquşması izlənilir. Qeyd etmək lazımdır ki, bir sıra səfirliklər 2017-ci ilin yanvarında Trampın inauqurasiyasına kimi və daha sonrakı dövrə tədbirlərin keçirilməsi üçün məhz Trampın hotelini tutublar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300