Azinforum.az-a müraciət edən Emin Fərhadlı adlı vətəndaş "Mado” restoranlar şəbəkəsinin 28 mall ticarət mərkəzində fəaliyyət göstərən filialında müştərilərin hüquqlarının kobud şəkildə pozulduğunu bildirib.
Vətəndaş deyir ki,
dekabrın 4-ü axşam saatlarında deyilən ünvandakı "Mado”da kobud rəftarla
rastlaşıb:
"Həmin restorana tez-tez gedənəm. 28 mall-dakı filialda birinci dəfə idi olurdum.
Telefonla internetə girmək istədim. Baxdım mümkün olmur. İşçi personalından
kodu soruşdum. Dedi ki, kodsuz qoşulmaq olur. Nə qədər çalışdımsa mümkün
olmadı. Səbəbini soruşduqda kobud cavab aldım.
Dedilər ki, internetimiz yoxdur, xoşun gəlmirsə, get başqa yerə. Bu cavab məni
çox əsəbləşdirdi. Rəhbərliyi çağırdım. Cavan bir oğlan yaxınlaşıb üzrxahlıq etsə də, bildirdi ki, internetə qoşulmaq
problem olduğu üçün, məsələ alınan deyil. Məni düşündürən budur ki, kifayət
qədər rentabelli restoran olan "Mado” üçün bir WI-FI problemini həll etmək bu
qədərmi çətindir? Bir daha "Mado” ya getməyəcəyimə söz verdim. Ola bilər ki,
mənim boykotum "Mado” üçün böyük əhəmiyyət kəsb etməyəcək, amma əminəm ki, bu
cür idarəetmə və kadr siyasətilə dediyim şəbəkə bataqlığa doğru gedir”.
Qeyd edək ki, son vaxtlar bu restoranlar şəbəkəsinin adı müxtəlif qalmaqallarda hallanır. Bir qədər
əvvəl, KİV-lərdə "Mado” da telefonunu "zaryadkaya” qoyan müştəriyə hesab deyəndə, telefon üçün
işlədilən elektrik enerjisinin pulu da hesab kağızına qeyd olunması barədə
məqlələr dəc edilib.
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
Uluyol.info