NƏRİMAN ƏLƏKBƏROV VƏZİFƏSİNDƏN SU-İSTİFADƏ EDİR: BƏS ƏSƏDOVUN BUNDAN XƏBƏRİ VARMI?
 
Dövlət Toxum Müfəttişliyinin Göygöl rayon şöbəsinin rəisi Nəriman Ələkbərovla bağlı maraqlı iddia ortaya çıxıb.

Rayondan sahibkarların ünvanladığı müraciətdə bildirilir ki, Ələkbərov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əkinçilərin toxumluq taxıllarını qeydiyyata almaq üçün "qiymət” müəyyənləşdirib. Bu "haqqı” verməyənlərə isə toxum üçün sertfikat verilmir.

Şikayətçilər bildiriblər ki, Nəriman Ələkbərov idarənin səlahiyyətlərindən sui-istifadə edərək özü və qohumlarına şərait yaradır:

"Belə ki, oğlu Yunus Ələkbərovun adına mənşəyi məlum olmayan baş soğan əkərək ondan toxumluq istehsal edib. Guya bu toxumu başa rayondan alıb, özü becərib və sortlaşdırıb. İndi də toxumluq kimi istifadəyə verir. Əslində, bununla da dövlətdən saxtalaşdırılmış sənədlərlə külli miqdarda subsidiya alıb.
Eyni zamanda, Gəncə-Samux yolu üzərində un dəyirmanında olan toxumluq üçün yararsız taxılları qeydə alıb və nazirlikdən gələn nümayəndələrə toxumluq kimi təqdim edib. Bu yolla da dövlətdən külli miqdarda subsidiya alaraq mənimsəyib. Bununla kifayətlənməyən Ələkbərov qardaşının əkin sahəsində istehsal etdikləri yemlik taxılları toxumluq kimi qeydə alıb. Amma digər sahibkarlara şərait yaratmır, onları süni şəkildə problemlərlə üz-üzə qoyur.
Nəriman Ələkbərov və qardaşı 1994-cü ildə dövlət çevrilişində cəhddə ittiham olunaraq həbs olunub”.

Ötən il kənd təsərrüfatı naziri Heydər Əsədovun 07.03.2014-cü il tarixli, 55k nömrəli əmri ilə Respublika Dövlət Toxum Müfəttişliyinin rəisi Mikayıl Zeynalov vəzifə səlahiyyətlərindən istifadə etdiyi və qanunsuzluqlara yol verdiyi üçün vəzifəsindən azad edilib. Amma onun regional idarələrdəki kadrları hələ də vəzifə başındadır və sahibkarlara problem yaratmaqda davam edirlər.(xeberman.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300