Artıq yarım aydan çox müddətdir ki ,Əhali
Sosial Yardım üçün onlara ayrılan vəsaitini ala bilmir. Bu gün səhər
saatlarında Tovuzda bir qurup əhali içində də ziyalıların olduğu təbəqə Bakı İpək
yolunu bağlamağa cəht ediblər.Əhali sosial vəziyyətlərinin aşağı olmasından
işsizlikdən süründürməçilikdən rayon səhiyyə sistemində baş verən
qanunsuzluqdan əziyyət çəkdiklərini qeyd ediblər.
Reportyor.org- un hadisə yerində olan əməkdaşına
sakinlər bildirib ki, sosial yardım alıb problemlərinin az bir hissəsini ödədiyi
üçün sürünə-sürünə yaşayırdıq . Hal- hazırda onuda ala bilməyəndə evimizə bir
tikə çörək apara bilmirik .
Cənab Prezident Sosial yardımı verdirdi ki, bizim kimi sosial vəziyyəti aşağı
olan insanlar alsın onuda faydalana bilsin.Nəticə onada möhtac qalmışıq kamunal
xərclər günü gündən qalxır, ödəyə bilmirik işsizlik baş alıb gedir bəsdirin bu
biyabırçılığa son qoyulsun.
Sakinlər xahiş edir ki, onların səsinə səs verək Cənab Prezident bizim gözdən
uzaq düşmüş bu rayonumuz haqqında dəqiq məlumata malik deyil
rayon icra hakimiyyəti dəqiq məlumat vermir. Biz sürünürük idarələr canımıza qənim
kəsilib xəstəlik baş alıb gedir dərman tapa bilmirik .
Hər yerdə rüşvət tələb edirlər adi bir kağıza qol çəkmək üçün uzaq kəndən belə
rayon mərkəzinə üç dəfə ayaq döyməlisən onda da hökmən iki manat verməsən
vermirlər, rayon bərbad gündədir, haqsızlığa
artıq son qoyulsun"