"Dağlıq Qarabağ münaqişəsi yalnız ardıcıl danışıqlar prosesi ilə nizamlana bilər".
Publika.az xəbər verir ki, bu barədə Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla görüşdən sonra İsveçrənin xarici işlər naziri Didye Burkxalter deyib.
O qeyd edib ki, İsveçrə prezidentlərin görüşlərinə ev sahibliyi etməyə dialoqun inkişafı üzrə səyləri dəstəkləməyə hazırdır. Tərəfləri dialoqu möhkəmləndirməyə və hər hansı bir zorakılıq və ya təxribat aktlarından imtina etməyə çağıran Burkxalter qeyd edib ki, Cənubi Qafqaz İsveçrə üçün əsas prioritetlərdən biridir.