Uzun illərdir Latviyada Azərbaycan hakimiyyətinin təbliğatını apararaq diaspora adıyla fəaliyyət göstərən Məmmədovlar barəsində redaksiyamıza bir sıra maraqlı məlumatlar təqdim edilib.

Belə ki, Latviyanın paytaxtı Riqa şəhərində vitse-meri Andris Ameriks ilə qanunsuz işbirliyinə girən və özünü Azərbaycan diasporasının önəmli fiquru hesab edəən Adıgözəl Məmmədov adıçəkilən ölkənin KNAB (Koorrupsiyaya Qarşı Mübarizə İdarəsi) təşkilatı tərəfindən ifşa olunub. Məlumatlara görə, Riqanın vitse-meri Andris Ameriks və hazırda mer olan Nil Uşakov Latviyada rusların Birliyi kimi tanınan – Soqlasiya partiyası ilə yaxından əməkdaşlıq edib, lobbi dəstəyi alırlar. Bu yaxınlığın nəticəsində Riqa merliyinin bütün bahalı layihələrinin 80 faizini keçirilən tenderlər də Məmmədovlar ailəsi "udur”. Sistem belədir ki, Adıgözəl Məmmədova aid "Riga” Sanitar Transport şirkəti, Məmmədova aid təmir-tikinti firması və adını məlum olmayan digər şirkətlər var. Bu şirkətlər Adıgözəl Məmmədovun hyat yoldaşı Darya Məmmədovanın adına rəsmiləşdirilib. 2016-cı ilin əvvəllərindən başlayaraq Məmmədova məxsus təmir-tikinti şirkəti Riqa şəhərində nəqliyyat yollarının bərpa və qurulmasına başlayıb. Onu da bildirk ki, bu şirkət hələ 2013-cü ildən 2016-cı ilə qədər tenderlərin 88 faizində müəmmalı şəkildə qalib olub və nəticədə 6,2 milyon avro təmiz gəlir əldə edib. Təbii ki, bu müəmmalı qaliblik də Latviyanın aidiyyatı qurumlarının diqqətini çəkib. Respublikanın KNAB adlı korrupsiyaya qarşı mübarizə dövlət təşkilatı araşdırma aparıb və məlum olub ki, Darya Məmmədova əldə edilən gəlirlərdən hissə-hissə vitse-merin (Andris Ameriks) təmsil olunduğu partiyaya yardım etmişdir. 2014-cü ilin sentyabr ayında isə Aıgözəl Məmmədovun şirkəti olan "Riga” Sanitar Transport şirkəti tərəfindən "VİENOTİBA” partiyasına yardımlar edilib.

Daha maraqlı detallardan biri də budur ki, "Mono” Holdinqin sahibi Mixail Ulmana 18 min evro yardım adıyla pul verilib. Maraqlı odur ki, Latviyanın KNAB şirkəti 2016-cı ildə özlərini Azərbaycan diasporasının aparıcı simalarından hesab edən Adıgözəl Məmmədov və Darya Məmmədovanın təmsil etdiyi təşkilatlardan ruslara və rus partiyalarına edilən yardımların siyahısını, bank köçürmələrini rəsmi saytlarında işıqlandırıb. Həmçinin Məmmədovların təmir-tikinti şirkəti 2016-cı ilin may ayından sentyabradək Riqa şəhər daxilində eyni zamanda mərkəzi hissələrdə bütün yol qovşaqlarında təmirə başlamış, bu da əhali arasında narazılıq doöurub. Əhalinin şikayətləri üzrə LTV1 və LTV 7 kanalları bunu işıqlandırıb. Latviyda baş verən bu olaylar nədənsə Azərbaycan mediasında işıqlandırılmayıb və buna imkan da verilməyib. Biim əməkdaşımız Rəşad Rüstəmov əldə olunan bu məlumatlarla bağlı araşdırma aparmış, Latviyanın delfi.lv, LTV1, LTV7, Riqa Duması, KNAB təşkilatının faktlarla dolu məlumatlarını əldə edib. Eyni zamanda Məmmədovlara məxsus təşkilatların fəaliyyətini araşdırmışdır. Bundan əlavə araşdırmalar zamanı məlum olmuşdur ki, Latviyada diaspora adıyla fəaliyyyət göstərən "Azeri-Çıraq” təşkilatını Məmmədovlar ailəsi maliyyələşdirir (http://metbuat.az/news/48330/xocali-soyqiriminin-23-cu-ildonumu-latviyada-da-qeyd-olunub.html – http://yap.org.az/az/view/news/10488/latviyada-ulu-onder-heyder-eliyevin-nurlu-xatiresi-anilib . Diasporanın Baltikyanı ölkələrdə bir sıra tədbirlər keçirilməsini maliyyyələşdirirlər.

Rəşad Rüstəmov

http://player.tvnet.lv/mp4/62744/video.mp4

http://www.tvnet.lv/zinas/latvija/624102-amerika_partijas_kasi_pilda_rigas_ielu_remontetaji

Latviyada Azərbaycansayağı fırıldaq

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300